86 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
Göründüyü kimi yeyinti məhsullarına istehsal səviyyəsində bir çox dövlət orqanı
nəzarət edir. Bitki və bitki məhsullarına Dövlət Fitosanitar Nəzarəti Xidmət, diri heyvanlara və
heyvan məhsullarına Dövlət Baytarlıq Xidməti nəzarət edir. Bundan sonra istehsala girən
xammala və istehsal prosesinə Səhiyyə Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi nəzarət edir. Məhsul bazara daxil olanda sonra ona nəzarəti isə əsasən
İqtisadiyyat və Sənaye Nazirliyi yanından Anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının
qorunması üzrə Dövlət xidməti nəzarət edir. Bununla yanaşı Səhiyyə Nazirliyi də yeyinti
məhsullarına bazarda nəzarət edir. Göründüyü kimi burada bir çox təkrarlanmalar mövcudddur.
Hər bir orqanın özünə məxsus labaratoriyaları mövcudddur. Azərbaycanda yeyinti
məhsullarının sınağı fəaliyyətinə 8 dövlət qurumu cəlb olunmuşdur. Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən milli standartlar üzrə akreditə olunmuş
67 sınaq laborotoriyası (yeyinti məhsulları üzrə) mövcuddur (9). Bu rəqəmə özəl baytarlıq
laboratoriyaları daxil deyildir. Lakin, heç də bu laboratoriyaların hamısı qida təhlükəsizliyinə
rəsmi nəzarət məqsədilə sınaq fəaliyyəti göstərmirlər.
Azərbaycanda mövcud olan 67 laboratoriyadan yalnız ikisi ISO17025 üzrə akreditə
olunmuşdur. Bu, İstehlak Mallarının Ekspertizası Mərkəzinin (İqtisadiyyat və Sənaye
Nazirliyinin nəzdində) və AZTEST-nin laboratoriasıdır (Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi yanında) (2).
Yuxarıda qeyd edilənlərdən aydın olur ki, Azərbaycanda milli standartlaşdırma sistemi
qida təhlükəsizliyinin təmin edilməsində, o cümlədən qida məhsullarına dair normaların
hazırlanması, qida məhsullarının sertifikatlaşdırılması və istehsalatda və bazarda məhsulların
standartların tələblərinə riayət edilməsində aktiv rola malikdir. Ancaq sual yaranır ki, bu nə
dərəcəd beynəlxalq təcrübə ilə uzlaşır və nə dərəcədə effektivdir. Bu haqda irəlidəki bölmədə
məlumat verək.
Dostları ilə paylaş: |