2015 Number 2, Volume 1, 2015



Yüklə 234,77 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix25.12.2016
ölçüsü234,77 Kb.
#3176
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
88 | Elxan Mikayılov

.

 Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində 

 rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə   



 

 

 

 

 

 

 

 



 

 

məhsullarının istehlakı zamanı onun insan orqanizminə bioloji və  fiziki təsirlərin əhatə etdiyi 



halda  TBT  Sazişi  digər  məsələlərin  və  ümumilkdə  təhlükəsizlik  məsələlərin  əhatə  edir.  SPS 

tədbirlərinin məqsədi insan, bitki və heyvanların sağlamlığı və həyatını qorumaqdır.  Hər hansı 

ərzaq məhsuluna tətbiq olunan tədbirin SPS və ya TBT tədbiri olmasını müəyyən etmək üçün, 

ilk  növbədə  iki  cəhəti  nəzərdən  keçirmək  lazımdır.  İlk  olaraq  tədbirin  məqsədinə  baxmaq 

zəruridir.  Məqsəd  insan,  bitki  və  heyvanların  sağlamlığı  və  həyatını  qorumaq  olduğu  halda, 

ikinci cəhətə nəzər salmaq  gərəkdir. Bu da ki, insan, bitki və heyvanların sağlamlığının hansı 

təhlükə və risklərdən qorunması məsələsidir. Əgər bu aşağıda sadalanan təhlükələrdən biridirsə 

deməli nəzərdə tutulmuş tədbir SPS tədbiridir.  

-

 

insan  sağlamlığı:  qida  qəbulundan,  heyvan  xəstəlikləri  və  ya  zərərli 



orqanizmlərdən yaranan təhlükə

-

 



heyvan sağlamlığı: qida qəbulu və ya heyvan xəstəliklərindən yaranan təhlükə 

(zərərli orqanizmlər daxil olmaqla bütün məzmunlu və mənbələr) 

-

 

bitki  sağlamlığı:  zərərli  orqanizmlərdən  yaranan  təhlükə  (xəstəliklər  daxil 



olmaqla bütün mənbələr) 

-

 



ətraf mühitə zərər: zərərli orqanizmlərin ölkəyə gətirilməsi, baş verməsi və  ya 

yayılmasından yaranan təhlükə. 

SPS tədbirlərinə TBT tədbirlərindən fərqli şəkildə yanaşılır. SPS tədbirləri hər zaman 

elmi cəhətdən əsaslandırılmış olmalıdır. Yəni müəyyən SPS tədbirinin tətbiqinin insan, heyvan 

və bitki həyat  və sağlamlığının mühafizəsi üçün zəruri olmasına dair kifayət qədər elmi sübut 

olmalıdır.  TBT  sazişində  isə  göstərilir  ki,  hər  hansı  riski  qiymətləndirərkən  mövcud  elmi 

məlumat  nəzərə  alınmalı  olan  müvafiq  meyarlardan  biridir.  Texniki  tədbirlər  müxtəlif  növ 

məqsədlər  daşıya  bilər.  Məsələn,  bəzi  texniki  reqlamentlər  təhlükəszilik  və  sağlamlığın 

qorunması,  bəziləri  məhsulların  minimum  keyfiyyətliliyini  təmin  etmək,  bəziləri  isə 

istehlakçıların aldadılmasının qarşısının alınması məqsədi daşıya bilər.  

Bundan  əlavə,  TBT  Sazişinə  əsasən  texniki  reqlamentdəki  tələblər  ÜTT-nin  ən  əlverişli  ölkə 

prinsipi əsasda tətbiq edilməlidir. SPS tələblərindən heyvan və bitki mənşəli xəstəliklərin ölkəyə 

daxil  olmasının  qarşısının  alınmasına  yönəldilmiş  tələblər  isə  bu  cəhətdən  daha  sərbəstdirlər. 

Yəni əgər hər hansı bir ölkədə və ya bölgədə müəyyən heyvan və bitki xəstəlikləri mövcuddursa 

və ya yayılmışdırsa həmin bölgələrdən müvafiq olaraq bitki və heyvanların və ya məhsullarının 

idxalı məhdudlaşdırıla və ya qadağan edilə bilər.   

TBT  və  SPS  tələbləri  arasında  digər  bir  əsaslı  fərq  müvafiq  sahədə  beynəlxalq 

standartlardan  kənara  çıxmanın  hansı  şərtlər  daxilində  icazə  verilməsidir.  TBT  Sazişi 

beynəlxalq standartlardan kənara çıxmanın hansı hallarda labüdlüyünü qeyd edir. Sazişə əsasən 

beynəlxalq  standartın  mövcud  olduğu  təqdirdə  beynəlxalq  standart  o  zaman  milli  standartın 

hazırlanmasında    əsas  kimi  qəbul  edilməyə  bilər  ki,  TBT  Sazişinin qanuni  məqsədlərinə  nail 

olmaq üçün, məsələn, iqlim və coğrafi faktorlar, texnoloji problemlər baxımından qeyri-effektiv 

hesab  edilsin.  SPS  Sazişinə  əsasən  isə  elmi  əsasın  olduğu  və  ya  riskin  qiymətləndirilməsi 



AzJESS 

Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı                                                           Number 2, Volume 1, 2015 

 

 



 

 


Yüklə 234,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin