89 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
əsasında ölkə üçün daha yüksək SPS mühafizəsinin uyğun olduğunun müəyyən edildiyi təqdirdə
ölkə beynəlxalq standartlartdan daha yüksək SPS tələbləri müəyyən edə bilər.
Digər bir fərq SPS Sazişinin təcili hallarda (xəstəliklərin yayılma riski olduğu hallarda) hətta
kifayət qədər elmi əsas olmadığı təqdirdə belə üzv ölkələrə müvəqqəti əsasda önləmə tədbirləri
tətbiq etməyə icazə verməsidir. TBT sazişinin isə belə bir müddəası mövcud deyil.
Bütün bu fərqlər göstərir ki, ÜTT Üzv ölkələrində və ÜTT-yə üzvlük prosesində olan
ölkələrdə müvafiq qanunvericilik hazırlanarkən bu məqamlar nəzərə alınmalı, SPS və TBT
tədbirlərinə fərqli yanaşılmalıdır. TBT Sazişi ilə tənzimlənən texniki reqlamentlər yeyinti
məhsullarına dair SPS tədbirlərini əks etdirə və bununla əlaqəli olaraq həmin texniki reqlament
əsasında yeyinti məhsulu məcburi uyğunluq sertifikatlaşdırılmasından keçirilə bilməz. Yeyinti
məhsullarına dair SPS tədbirləri qida təhlükəsizliyi sahəsində digər normativ hüquqi aktlarda öz
əksini tapır və uyğun olaraq yeyinti məhsulları baytarlıq, fitosanitar və gigiyenik
sertifikatlaşdırmadan keçirilir. Yeyinti məhsullarının bəzi aspektləri TBT tədbirləri hesab olunur
ki, onlar irəlidə izah olunacaq və həmin tələblərin yerinə yetirilməsi üçün sertifikatlaşdırma yox,
bazara nəzarət tədbirləri həyata keçirilir.
Yeyinti məhsullarının insan və heyvanların həyat və sağlamlığına təhlükə törədə biləcək
əksər aspektləri SPS, digər aspektləri isə TBT sazişi ilə tənzimlənir. Bunu daha aydın görmək
üçün bəzi misallar gətirək:
Yeyinti məhsullarında mövcud əlavəedicilər; zəhərli maddələr; baytarlıq dərmanların va
ya pestisidlərin qalıqları; yeyinti məhsulunun təhlükəsizliyi ilə birbaşa əlaqəli olan nişanlama;
yeyinti məhsullarının təhlükəsizliyi, heyvan və bitki sağlamlığı ilə əlaqədar sertifikatlaşdırma;
bitki/heyvan karantini, hər hansı bir ərazinin zərərvericilərdən və xəstəliklərdən azad olmasını
bəyan etmək; ölkəyə zərərverici və xəstəliklərin daxil olması və yayılmasının qarşısının
alınması SPS tədbriləri hesab olunur. Yeyinti məhsullarına dair minimum keyfiyyət tələbləri,
yeyinti məhsullarının və dərmanların tərkibi və ya keyfiyyəti barədə nişanlama, qablaşdırmanın
həcmi, forması və görünüşü TBT tədbirləri hesab olunur.
Müvafiq olaraq, SPS tədbirləri sanitariya və fitosanitariya norma və qaydaları ilə, TBT
tədbirləri isə texniki reqlamentlərlə tənzimlənməlidir. Uyğun olaraq yeyinti məhsulları
baytarlıq, gigiyenik və fitosanitar sertifikatlaşmadan, digər məhsullar isə uyğunluq
sertifikatlaşmasından keçməlidir.
Beləlik yuxarıda izah edilənlərdən aydın olur ki, beynəlxalq təcrübəyə əsasən ərzaq
məhsullarının təhlükəsizliyinə digər məhsullardan fərqli yanaşılır və buna görə qida
təhlükəsizliyində milli standartlaşdırma sisteminin elə bir rolu olmur. Milli standartlaşdırma
sistemi isə daha çox qeyri-ərzaq mallarının təhlükəsizliyin təmin edir. Buna uyğun olaraq
yeyinti məhsullar üçün normativ sənədlərin hazırlanması milli standartlaşdırma sisteminin
tərkibə daxil deyil. Bu sənədlər səhiyyə və kənd təsərrüfatı nazirlikləri tərəfindən hazırlanır və
təsdiq edilir. Yeyinti məhsullarının sertifikatlaşması isə yenə də həmin nazirliklər tərəfindən
gigiyenik, baytarlıq və fiotsanitariya göstəriciləri üzrə həyata keçirilir və heç bir Avropa
ölkəsində milli standartlaşdırma sistemi vasitəsilə yeyinti məhsullarına uyğunluq sertifikatı
AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
Dostları ilə paylaş: |