91 | Elxan Mikayılov
.
Milli standartlaşdırma sisteminin qida təhlükəsizliyinin təmin edilməsində
rolu: mövcud vəziyyət və beynəlxalq təcrübə
qablaşdırma tullantıları, oyuncaqlar, şəxsi mühafizə avadanlıqları və s. məhsulların
uyğunluğuna nəzarət edir. Bazara ümumi nəzarət üzrə əsas səlahiyyətli orqan İqtisadiyyat
Nazirliyinin İstehlakçıların Mühafizəsi Departamentidir [4, s. 96].
Göründüyü kimi, ÜTT-nin üzvü olan MDB dövlətlərində də artıq bu cür dəyişikliklər
edilərək yeyinti məhsullarına dair tələblər və onların tətbiqi standartlaşdırma sistemindən
ayrılmışdır. Ölkəmizdə bəzi ÜTT üzvü olan MDB dövlətləri nümunə gətirilərək texniki
reqlamentlərin hələ də yeyinti məhsullarına şamil edilə bilməsi əsas gətirilir. Bu məsələyə də
aydınlıq gətirək. Yeyinti məhsullarının qeyd etdiyimiz kimi qablaşdırılması, saxlanması,
markalanması və bu kimi məsələlərə dair texniki reqlament tələb müəyyənləşdirə bilər.
Ukraynanın Texniki tənzimləmə, standartlar və uyğunluğun qiymətləndirilməsi proseduraları
haqqında qanununda qeyd olunur ki, bu qanun sanitar tədbirlərdə müəyyən olunmuş yeyinti
məhsullarının təhlükəsizliyinə dair tələbləri əks etdirə bilməz, lakin qismən və ya bütövlükdə
terminologiya, qablaşdırma, nişanlama, istehsal prosesi və ya metoduna aid ola bilər. Ukrayna
Avropa Birliyinin Yeni Yanaşma Direktivləri əsasında 40-dan çox texniki reqlament qəbul
etmişdir. Bu texniki reqlamentlər sırasında yalnız biri yeyinti məhsullarına aiddir ki, o da
yeyinti məhsullarının nişanlanması haqqındadır [5, s. 42].
Ukraynanın ÜTT-yə üzv olması üzrə İşçi Qrupunun hesabatında bildirilir ki, Ukrayna
məcburi sertifikatlaşdırmanın tətbiq olunduğu məhsul kateqoriyalarının daha da azaldılması və
məhdudlaşdırılması üzrə ÜTT qarşısında öhdəlik götürmüşdür [3, s. 5].
Bu sahədə Rusiya təcrübəsinə nəzər yetirək. Hazırda Rusiyada 24 texniki reqlament
qəbul olunmuşdur. Texniki reqlamentlərdə həmçinin məhsulun hansı yolla uyğunluğunun
qiymətləndirilməsi tələbi göstərildiyi üçün, müvafiq texniki reqlamentlərin hələ qəbul
olunmadığı məhsullar üçün məcburi sertifikatlaşdırmanın və ya uyğunluq bəyannaməsinin
tətbiq olunduğu məhsulların siyahısı qüvvədədir. Müvafiq texniki reqlamentlər qəbul olunana
qədər, məhsula dair məcburi tələbləri ehtiva edən milli standartlar, sanitar norma və qaydaları,
tikinti norma və qaydaları və digər müvafiq normativ aktlar əsas götürülür. Rusiya
Federasiyasının təcrübəsinə nəzər salsaq görərik ki, qida ilə əlaqədar hazırkı texniki
reqlamentlər texniki tələblərlə yanaşı sanitar və fitosanitar tələbləri də ehtiva edir. Lakin eyni
zamanda, məsələn süd və süd məhsulları üzrə texniki reqlamentin uyğunluğun
qiymətləndirilməsi ilə bağlı maddəsində qeyd olunur ki, sözügedən məhsulların texniki
reqlamentdəki məcburi tələblərə uyğunluğunun qiymətləndirilməsi əhalinin sanitar və
epidemioloji firəvanlığının təmin olunması üzrə, istehlakçıların hüquqlarının müdafiəsi və
baytarlıq sahəsində nəzarəti həyata keçirən federal icra hakimiyyəti orqanları və sadalanan
dövlət nəzarətlərini həyata keçirmək üçün səlahiyyətləndirilmiş icra hakimiyyəti orqanları
tərəfindən dövlət nəzarəti formasında aparılır [3, s.6].
Rusiya ÜTT qarşısında texniki reqlamentlərində təkrarlanan sertifikatlaşdırma
tələblərinin aradan qaldırılması ilə bağlı öhdəlik götürmüşdür. Həmçinin, 1 iyul 2010-cu il
tarixindən Rusiya sənaye məhsulları üçün təkrarlanan sertifikatlaşdırma tələbini aradan
qaldırmışdır. Eyniylə, Rusiyanın üzvü olduğu Avrasiya Gömrük İttifaqının (Rusiya, Belarus,
AzJESS
Azərbaycanın İqtisadi və Sosial Araşdırmalar Jurnalı Number 2, Volume 1, 2015
Dostları ilə paylaş: |