297
75
illiyi
Baba Mahmudoğlu
1940-2006
NOY
ABR
Baba Mahmud oğlu Mirzəyev (Baba
Mahmudoğlu) 1940-cı il noyabr ayı-
nın 7-də Qazax rayonunun Muğanlı
kəndində doğulmuşdur. 1956-cı ildə
orta məktəbi qızıl
medalla bitirərək
Neft Akademiyasına daxil olmuş-
dur. Tələbə olarkən Seyid Şuşinskinin
dərslərində iştirak etmişdir. Eyni za-
manda, S.Abdullayev, Ə.Məmmədov,
N.Əliyev, N.Məmmədova, Z.Xanlarova
ilə birgə A.Zeynallı adına Musiqi
Məktəbində muğamları öyrənmişdir.
Sonra S.Rüstəmovun
rəhbərliyi ilə
fəaliyyət göstərən orkestrlə televiziyaya
çıxmışdır. Daha sonra Ə.Bakıxanovun,
B.Salahovun ansamblı ilə ekranda gö-
rünməyə başlamışdır. Ə.Dadaşovun an-
samblında isə bir qədər sonra oxumaq
hüququ almışdır.
1962-ci ildə Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrın-
da stajor
kimi fəaliyyətə başlayan
B.Mahmudoğlu sonralar bu teatrın mu-
ğam bölməsinin solisti olmuşdur. “Leyli
və Məcnun”da Məcnun, “Aşıq Qərib”də
Aşıq Qərib, “Əsli və Kərəm”də Kərəm,
“Koroğlu”da təlxək, “Şah İsmayıl”da
Şah İsmayıl, “Xanəndənin taleyi”də
Mir Seyid obrazlarını yaratmışdır.
Sənətkar 2005-ci ilin payızında uzun
illər çalışdığı teatrdan təqaüdə çıxmış-
dır.
B.Mahmudoğlu “Dastan” folklor
ansamblını yaratmış, ansamblla birgə
çoxlu xarici səfərlərdə çıxış etmiş və
Azərbaycan musiqisinin gözəlliyini
digər xalqların
nümayəndələrinə ən
gözəl şəkildə çatdırmışdır. Həmin an-
sambl hal-hazırda sənətkarın adını da-
şıyır. Onun lentə alınmış neçə-neçə
musiqi nümunələri qorunub saxlanılır.
B.Mahmudoğlu öz yaradıcılığında aşıq
musiqisindən geniş istifadə edirdi. Bu
sırada onun oxuduğu “Misri Koroğlu”,
“Koroğlu qaytarması” və s. havaların
adını çəkə bilərik. Baba Mahmudoğlu-
nun yaradıcılığının önəmli bir cəhəti də
onun qədim folklorumuza münasibəti
idi. O, daim axtarışda idi.
Qədim xalq
mahnılarını arayıb axtarar və onla-
rı bərpa edərək öz təfsirində oxuyar-
dı. “Bala gəlin”, “Yeri dam üstə, yeri”,
“Oyna yar”, “Zərnişan” və s. mahnılar
məhz bu qəbildəndir
Onun ifasında “Qarabağ şikəstəsi”,
“Bala gəlin”, “Oğuz eli”, “Segah”,
“Azaflı dübeyti”, “Qəhrəmani”, “Ahu
kimi”, “Həştərxana gedən gəmi”, “Mirzə
Hüseyn segahı”, “Qara gözlər” xalq
mahnıları və muğamlar səslənmişdir.
Baba
Mahmudoğlunun həyat və ya-
radıcılığına həsr olunmuş “Xanəndənin
taleyi”, “Sönməyən ulduzlar” verilişi
lentə alınmışdır.
Səhhəti ilə əlaqədar olaraq bir müddət
Şamaxı rayonunun Çuxuryurd kəndində
yaşamış, daha sonra Bakıya qayıtmışdı.
1992-ci ildə “Xalq artisti” fəxri adına
layiq görülmüşdü.
Prezident təqaüdçüsü
idi.
Baba Mahmudoğlu 2006-cı il dekabr
ayının 6-da vəfat etmişdir.
Dostları ilə paylaş: