Kəskin otit üzrə klinik protokol


KƏSKİN XARİCİ OTİTİN MÜALİCƏSİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   ...   11   12   13   14   15   16   17   18   ...   36
KƏSKİN XARİCİ OTİTİN MÜALİCƏSİ 

Müalicənin məqsədləri  

  Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi; 

  Ağırlaşmaların inkişafının qarşısının alınması; 

  Residivlərin profilaktikası; 

  Həyat keyfiyyətinin yüksəlməsi. 

 

Müalicə zamanı su proseduralarından 7-10 gün ərzində imtina 



etmək lazımdır (xüsusən üzgüçülükdə) (B). 

Ağrılar yox olanadək eşitmə cihazının istifadəsi məhdudlaşdırıl-

malıdır (B). 

Müalicə, adətən, ambulator aparılır. 



Müalicə zamanı istifadə olunur: 

► 

Qulağın təmizlənməsi 



  Müalicə  həmişə xarici qulaq keçəcəyinin təmizlənməsindən 

başlanmalıdır. Bu məqsədlə antiseptiklərlə yuyulmadan və 

sorucudan istifadə edilir. Eyni zamanda pambıq və ya cuna 

piltələrdən də istifadə etmək olar. Bu zaman təmiz sahə 

alınana qədər həmin piltələri dəyişdirmək lazımdır. Digər 

tərəfdən, xarici qulaq keçəcəyinə  dərman maddələri də bu 

piltələrə isladılmış  şəkildə daxil edilməlidir. Həmin piltəni 

həkim, tibb bacısı və ya xəstə özü tətbiq edə bilər (C)

► 

Analgetiklər (ağrının intensivliyindən asılı olaraq yerli və ümumi 



təyin edilir) (B)

► 

Antibiotiklər 



  Yerli floraya uyğun təyin edilir (B). Onların daxilə  və ya 

parenteral qəbul edilməsinə ümumi vəziyyətdən asılı olaraq 

xəstəliyin birinci günündən qərar verilir. Əgər xəstənin 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

ümumi vəziyyəti kafi deyilsə, bədən hərarəti yüksəlmişsə, 



intoksikasiya əlamətləri varsa, antibiotiklərin təyini vacibdir. 

Həmin dərmanların tək halda yerli tətbiqi az effektlidir. Əksər 

hallarda antibiotik-qlükokortikoid qarışıqlarından istifadə 

etməyə üstünlük verilir. Bu qəbildən triasinalon-neomisin-

asetat turşusu damcıları daha üstündür. 

► 

Steroidlər 



► 

İltihab əleyhinə təsirə malik kimyəvi preparatlar 

  Bu məqsədlə topik alüminium-asetat damcılarından istifadə 

etməyə üstünlük verilir. 

► 

Fizioterapiya 



  Endoaural helium-neon lazer terapiyası aparılır (5-10 seans);  

  Xarici qulaq nahiyəsinə YTC və ya UBŞ  tətbiq edilir(5-10 

seans). 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin