Bədxassəli xarici otitlərin müalicəsi:
►
göy irin çöplərinə qarşı spesifik bakteriofaq məhlulunun
damızdırılması, poliferiment piltələrdən istifadə;
►
3-4%-li bor turşusu məhlulunun damızdırılması;
►
hiperbarik oksigenasiya;
►
parenteral antibiotikoterapiya (karbenisillin, seftazidim,
seftriakson, siprofloksasin, moksifloksasin, levofloksasin və s.)
Cədvəl 3. Yerli müalicədə istifadə olunan dərmanlar
Antiseptiklər
Dərmanın adı Dozası
Bor turşusunun 3-4%-li spirtli
məhlulu
(boric acid 3-4%) (B)
Böyüklər: 2-3 damcı
gündə 3 dəfə qulağa
damızdırmalı və ya piltə ilə
Pediatrik: 3-4 damcı
gündə 3 dəfə qulağa
damızdırmalı və ya piltə ilə
Sirkə turşusu ilə alüminium-asetat
(acetic acid, aluminum acetate) (B)
Böyüklər: Eyni
Pediatrik: Eyni
Sirkə turşusu ilə hidrokortizon
(acetic acid, hydrocortisone) (B)
Böyüklər: Eyni
Pediatrik: Eyni
3%-li alüminium-asetat məhlulu
(aluminum acetate 3%)
Böyüklər: Eyni
Pediatrik: Eyni
2%-li sirkə turşusu məhlulu
(acetic acid 2%) (B)
Böyüklər: Eyni
Pediatrik: Eyni
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|