PASİYENT ÜÇÜN MƏLUMAT
XO xarici qulaq keçəcəyinin iltihabıdır. Bu iltihab infeksiya,
allergiya və başqa səbəblərdən ola bilər. Qulaq damcıları ilə müalicə
adətən effektli olur.
Xarici otitin hansı simptomları var?
Xəstələr, əsasən, qulaqda ağrılar, eşitmənin zəifləməsi,
qaşınmadan şikayətlənirlər.
Xarici otitin yaranma səbəbləri hansılardır?
Bəzi insanlar XO ilə xəstələnməyə meyllidirlər. Onların
qulaqlarına su, şampun, sabun, saç spreyləri və s. düşdükdə həmin
nahiyədə qaşınma yaranır və nəticədə xarici qulaq keçəcəyinin dərisi
zədələnərək iltihaba təkan verir. İltihablaşmış dəri tezliklə infeksiya-
laşır. Bu yanlış dairə təkrar oluna bilər. İnsanlar qulaqlarını daha çox
qaşıdıqca iltihab və infeksiya daha da artır, vəziyyət pisləşir və s.
Dostları ilə paylaş: |