XBT-10 ÜZRƏ TƏSNİFAT
H65 İrinsiz orta otit
H66 İrinli və dəqiqləşdirilməmiş orta otit
H67 Digər rubrikalarda təsnif olunmuş xəstəliklərdə orta otit
KLİNİK TƏSNİFAT
KOO-nun klinik gedişində 3 mərhələ müəyyən edilir:
I – kataral iltihab mərhələsi
II – irinli iltihab mərhələsi:
a) təbil pərdəsinin perforasiyası öncəsi;
b) təbil pərdəsinin perforasiyası
III
mərhələ – reperativ və ya həll edilmə mərhələsi
►
Perforasiya öncəsi əsas şikayət qulaq ağrısıdır. Əksər hallarda bu
ağrı çox şiddətli olur. Xəstədə intoksikasiya əlamətləri, yüksək
hərarət, təbil pərdəsinin və qulaq sümükcüklərinin hərəkətliyinin
məhdudlaşması nəticəsində qulaqda olan küy qeyd edilir.
►
Perforasiya mərhələsində qulaq pərdəsinin deşilməsi nəticəsində
qulaqdan irinli möhtəviyyatın axması müşahidə olunur. Bunun
nəticəsində qulaq ağrısı keçir, xəstənin vəziyyəti yaxşılaşır,
hərarət azalır. İfrazat irinli selikli və yaxud qanla qarışıq ola bilər.
Bir neçə gündən sonra axıntılar azalır və qatılaşır.
►
Reparativ mərhələdə axıntılar kəsilir, təbil pərdəsinin dəliyi
bitişir, hiperemiyası keçir, tanınma nöqtələri aydın seçilir, eşitmə
normallaşır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|