Kəskin otit üzrə klinik protokol



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   ...   22   23   24   25   26   27   28   29   ...   36
KƏSKİN ORTA OTİT 

Kəskin orta otit (KOO) – patoloji prosesə daha çox təbil 

boşluğunun qoşulması ilə xarakterizə olunan orta qulağın kəskin 

iltihabi xəstəliyidir. Orta otit bir çox fəsadlaşmanın səbəbi ola bilər. 

Xəstəlik vaxtında müalicə edilmədikdə  və ya virulent infeksiya 

aparılan müalicəyə adekvat tabe olmadıqda, infeksiya orta qulaqdan 

qonşu nahiyələrə, o cümlədən kəllədaxili şöbələrə də keçə bilər. 



Epidemiologiya 

Xəstəlik geniş yayılmışdır (bütün LOR xəstəliklərinin 15-25%-ə 

qədərini təşkil edir), ancaq ən çox uşaq yaşlarında rast gəlinir. Orta 

otit xəstəliyi olan uşaqların hər 5 nəfərində (18%) xəstəliyin 

ağırlaşmış gedişi qeyd olunur. 12% xəstələrdə sonradan neyrosensor 

ağıreşitmə  və karlığa gətirib çıxaran daxili qulaqda neyroepitelial 

hüceyrələrin zədələnməsi baş verir. Eyni zamanda, proseslər uşağın 

dilinin açılması  və danışmağa başladığı dövrə  təsadüf edərsə, kritik 

rol oynaya bilər. 

Etiologiya 

  Streptococcus pneumoniae 

  Haemophilus influenzae 

  Moraxella catarrhalis 

  Streptococcus pyogenes 

  Staphylococcus aureus 

Bundan başqa virus infeksiyasının da müəyyən rolu var. 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin