Kəskin otit üzrə klinik protokol



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   ...   25   26   27   28   29   30   31   32   ...   36
DİAQNOSTİKA 

Şikayətlər 

I mərhələ: 

  qulaqda ağrılar 

  eşitmənin zəifləməsi 

  qulaqda küy 

  bədən hərarətinin yüksəlməsi 

  başgicəllənmə (daimi deyil) 

  iştahanın azalması, ishal (uşaqlarda) 

II mərhələ: 

► 

Perforasiya öncəsi 



  ağrının artması 

  bədən hərarətinin daha da yüksəlməsi 

  zəiflik 

  eşitmə zəifliyinin daha da artması 

  qulaqda küy 

  başgicəllənmə, ürəkbulanma (daimi deyil) 

► 

Perforasiya 



  xarici qulaq keçəcəyində irinli ekssudatın olması 

  ağrının azalması 

  bədən hərarətinin azalması 

  intoksikasiya əlamətlərinin azalması 



III mərhələ: 

  xarici qulaq keçəcəyində irinli ekssudatın azalıb kəsilməsi 

  ağrının yox olması 

  bədən hərarətinin normallaşması 



Obyektiv müayinə 

► 

Otoskopiya zamanı  təbil pərdəsinin hərəkət məhdudluğu və 



dartılması ilə  bərabər damarların genəlməsi (I mərhələdə); təbil 

pərdəsinin  əhəmiyyətli hiperemiyası  və ekssudatın təsiri ilə 

şişməsi (II a mərhələsində); təbil pərdəsinin müxtəlif 

nahiyələrində perforasiyası və həmin perforasiyadan xarici qulaq 

keçəcəyinə  təkanla irinin daxil olması (“pulsasiyaedici refleks”), 

xarici qulaq keçəcəyində selikli-irinli ifrazat (II b mərhələsində) 

qeyd olunur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

22

► 



Qulaqətrafı limfa düyünləri palpasiya zamanı bərkimiş və ağrılı 

olurlar (daimi deyildir) 

► 

Eşitmə, səsi nəql etmə aparatının pozulması tipində zəifləmiş olur 



► 

Kəskin orta otiti olan xəstələrdə müxtəlif ağırlaşmaların olması 

ehtimalını həmişə nəzərdə saxlamaq lazımdır. Belə ki, 

mastoiditin olub-olmamasını təsdiq etmək üçün qulaqarxası 

nahiyədə dəri örtüyünün pastozluğuna, qulaqarxası büküşün 

hamarlanmasına, qulaq seyvanının irəli qabarmasına, həmin 

nahiyədə flüktasiyanın olmasına fikir vermək lazımdır. Üz 

sinirinin nevritini (sifətin asimmetriyası), otogen meningiti 

(müsbət meningeal simptomlar) və s. də inkar etmək lazımdır. 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin