Kəskin otit üzrə klinik protokol


KƏSKİN ORTA OTİTİN MÜALİCƏSİ



Yüklə 1,22 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix25.12.2016
ölçüsü1,22 Mb.
#3334
1   ...   28   29   30   31   32   33   34   35   36
KƏSKİN ORTA OTİTİN MÜALİCƏSİ 

Müalicənin məqsədləri  

► 

Ağırlaşmaların inkişafının qarşısının alınması; 



► 

Residivlərin profilaktikası; 

► 

Xəstəliyin əlamətlərinin qısa müddətdə ləğv edilməsi. 



Müalicə, adətən, ambulator aparılır. 

Əgər başlanğıc mərhələsində olan ağırlaşmalar (mastoidit, 

beyindaxili ağırlaşmalar) varsa, xəstə  təxirəsalınmaz hospitalizasiya 

olunmalıdır. 



Kəskin orta otitin müalicəsi sxemi 

1.  Ağrıkəsicilər (analgetiklər) (D) 

Qulaq infeksiyası  ağrı verdiyi zaman ağrıkəsicilərdən ağrının 

sakitləşməsi və yaxud yüngülləşməsinə nail olana qədər istifadə 

etmək lazımdır. 

Bu məqsədlə  uşaqlarda, məsələn, parasetamol və ya ibuprofen 

verilir. Bu dərmanlar eyni zamanda yüksək hərarəti salır və  uşağın 

vəziyyətini yaxşılaşdırır. 

Lokal anestetik damcıların istifadəsi nəticəsində ağrının azalması 

qeyd edilir.  

2.  Yerli müalicə 

KOO-nun viral, bakterial və yaxud iki faktor eyni zamanda 

olduğunu identifikasiya etmək, səbəbini tapmaq və  tələb olunan 

terapiyanı təyin etmək çox hallarda çətin olur. Müalicə ağrını aradan 

qaldırmaq, orta qulağın drenaj funksiyasını bərpa etmək və perforativ 

mərhələdə irinin tezliklə xaric edilməsinə  şərait yaratmaqdan 

ibarətdir. Bu məqsədlə analgetik preparatlardan və yerli spirt-qliserin 

qarışığı  və 3%-li bor turşusundan istifadə etmək olar. Eşitmə 

borusunun funksiyalarını yaxşılaşdırmaq üçün buruna 

vazokonstriktorlar təyin edilir. 

3.  Antibiotiklər 

Bəzi hallarda orqanizmin infeksiya ilə mübarizəsinə şans vermək 

üçün antibiotiklər təyin olunmur. Ədəbiyyatda uşaqların 61%-də 

antibiotiklərin verilib-verilməməsindən asılı olmayaraq 24 saatdan 

sonra yaxşılaşma qeyd olunmuşdur. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

24

Amoxicillin hələ də seçim antibiotiki sayılır. 



► 

Birinci xətt: yüksək dozada amoxicillin (C) 

► 

Amoxicillinə allergiyası olan pasiyentlərə yüksək dozada 



azithromycin. 

► 

Amoxicillinlə müalicəyə baxmayaraq, davam edən əlamətlər 



olduqda yüksək doza amoxicillin/ clavulanate və ya 

azithromycin (C) 

► 

Ciddi bakterial infeksiyaya şübhə olduqda ceftriaxone istifadə 



etmək. (C) 

 

Antibiotik terapiyası 5 gün davam edir. Yaxşılaşma 48-72 



saatdan sonra qeyd olunsa da, infeksiyanın residivinin qarşısını 

almaq üçün antibiotiklər həmin qayda ilə 5-14 gün  təyin 

olunmalıdır. Çünki bütün patogen flora məhv olunmaya bilər. 

Amma kiçik dozalarda verilən bəzi antibiotiklərə rezistentlik 

yaranır və onların istifadəsi faydasız olur. 

Viral etiologiyalı  kəskin otitlərdə antibiotiklərin istifadəsi 

məqsədəuyğun deyil və bu hallarda simptomatik terapiya 

aparılmalıdır. Viral otitlər 7-14 günə müalicəsiz keçir. 

 


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin