Laborator müayinə
KOO-nun tipik gedişi zamanı periferik qanda neytrofil
leykositoz, EÇS-in artması müşahidə edilir. Ağır gedişə malik
xəstəlik zamanı isə qan formulunun sola əhəmiyyətli dərəcədə meyli
ilə leykositoz (bəzən 20x10
9
/l qədər və daha artıq) qeyd olunur. Bu
dəyişikliklər eozinofillərin yox olması ilə yanaşı, arzuolunmayan
əlamət kimi ağırlaşmaların inkişafına (mastoidit və s.) dəlalət edir.
İnstrumental müayinə
►
Otoskopiya adi qulaq qıfı ilə yanaşı otoskop, pnevmatik otoskop
və mikroskopla aparılır. (D)
►
Eşitmənin müayinəsi danışıq, kamertonlarla (akumetriya),
audiometriya, timpanometriya vasitəsilə aparılır. Bu zaman
konduktiv tipli eşitmə zəifliyi qeyd edilir. (D)
Differensial diaqnostika
Differensial diaqnostikası XO ilə aparılmalıdır (Cədvəl 1).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|