Xarici otitlə xəstələnməmək üçün nə etmək lazımdır?
Xarici otitə meylli olmamaq üçün qulaq keçəcəyi daim quru
saxlanılmalıdır. Bunun üçün:
- Xarici qulaq keçəcəyinə sabun və ya şampun daxil etmək olmaz. Belə
hadisə olmasın deyə, keçəcəyə vazelinlə isladılmış pambıq qoyulmalıdır;
- Xarici qulaq keçəcəyinə düşmüş suyu xaric etmək üçün dəsmalın kənar
ucundan və ya pambıqlı çubuqlardan istifadə etmək olmaz. Təmizliyi
təbii yolla aparmaq lazımdır;
- Xarici qulaq keçəcəyini barmaqla, çubuqla, iti əşyalarla və s. ilə
qaşımaq və ya təmizləmək olmaz. Qulaq keçəcəyi özü-özünü
təmizləmək qabiliyyətinə malikdir;
-
Üzgüçülüklə məşğul olduqda xarici qulaq keçəcəyini quru saxlamaq
lazımdır. Bu, qulaq keçəcəyinə xüsusi qoruyucular daxil etməklə həyata
keçirilir. Bəzi üzgüçülər silikon və ya rezin tıxaclardan istifadə edirlər,
ancaq bu zaman qulaq keçəcəyi dərisini qıcıqlandırmamaq əsas şərtdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|