Xarici otitin baş verməsinə gətirib çıxaran digər səbəblər:
- Üzgüçülük. Üzgüçülüklə məşğul olanlarda olmayanlara nisbətən xarici
otit 5 dəfə çox rast gəlinir. Bu, xarici qulaq keçəcəyinə su düşməsi ilə
əlaqədardır. Xarici otiti bəzən “üzgüçü qulağı” da adlandırırlar.
- Hava. Xarici otit daha çox isti, rütubətli və “tərlədən” havada inkişaf
edir. Ona görə də bu xəstəliyə ən çox isti ölkələrdə rast gəlinir.
- Dəri problemləri. Ekzema və ya psoriaz xarici qulaq keçəcəyi dərisini
zədələyir və xarici otitin başlanmasına təkan verir.
- Qulaq kiri tıxaclarının yuyularaq təmizlənməsi. Bu, xarici qulaq
keçəcəyini qıcıqlandıraraq iltihab törədə bilər.
Dostları ilə paylaş: |