Kəskin xarici otitin müalicə sxemi
Etiotrop müalicə:
►
bakterial otitlər zamanı törədicinin növü və antibiotiklərə
həssaslığından asılı olaraq antibiotiklər təyin edilir –
aminmüdafiəli penisillinlər, sefalosporinlər, ftorxinolonlar
(uşaqlardan başqa) (B)
►
analgetiklər (göstəriş olsa) (B)
►
göbələk mənşəli zədələnmə zamanı flukonazol, klotrimazol
►
karbohidrat mübadiləsinin korreksiyası (xüsusilə bədxassəli
xarici otit zamanı).
Yerli müalicə:
►
xarici qulaq keçəcəyi çibanının başlanğıc mərhələsində
alüminium-asetatdan istifadə edilir; çiban açıldıqdan sonra
alüminium-asetat damcıları davam etdirilir və 10% natrium
xlorid məhlulu ilə antibiotiklərin linimentləri (1% eritromisin,
1% xlorfenikol və s.) növbələnərək tətbiq olunur;
►
proses uzandıqda çiban yarılır; (C)
►
diffuz xarici otitlər zamanı antibiotik və qlükokortikoidlər tətbiq
edilir: prednizolon məlhəmi, flumetazon+klioxinol (lorinden C ),
hidrokortizon+oksitetrasiklin (oksikort), betametazon+gentamisin
(qaramisinlə selistoderm) – gündə 2-3 dəfə, 7 gün; (B)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
14
►
otomikozlarda xarici qulaq keçəcəyinə 2%-li xlornitrofenol
damızdırılır, mikoqrammaya uyğun olaraq antifunqal dərmanlarla
piltə gündə 1 dəfə yeridilir (izokenazol, ketokenazol, 1%-li
klotrimazol, oksiklotrimazol kremləri). Müalicə 3-4 həftə aparılır.
Dostları ilə paylaş: |