H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova



Yüklə 363,31 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix26.12.2016
ölçüsü363,31 Kb.
#3424
1   ...   9   10   11   12   13   14   15   16   17
BLAST/BLAN  və  ProtComp  nəticələrinin 

GetOrtholog proqramının köməyi ilə sonrakı analizi 

müxtəlif növlərin təmsil olunduğu oxşar gen 

qruplarının axtarışı  həyata keçirilmişdir. Bu 

araşdırmanın ümumi nəticələri Cədvəl 3-də verilir, 

bəzi nümunələri isə Cədvəl 4-də verilir. Bütöv zülal 

ardıcıllıqlarının 60% və daha yuxarı oxşarlıq 

dərəcəsi meyarı  əsas götürülməklə,  müxtəlif tip 

oxşar gen qrupları müəyyənləşdirilmişdir (o 

cümlədən, Cədvəl 3-də qeyd olunan tip qruplar). 

Cədvəldən göründüyü kimi, 4642 qrupda 3 birləpəli 

bitkinin hər biri, ən azı, bir gen ilə  təmsil olunur. 

İkiləpəlilərdə 2042 belə qrup aşkar olunmuşdur. 

Müşahidə olunan fərq, ola bilər ki, daha çox müxtəlif 

ikiləpəli orqanizmin müqayisə olunması ilə bağlıdır.  

Aşkar olunan digər maraqlı  və  təəccüblü fakt 

ayrılıqda birləpəlilər və ikiləpəlilər üçün plastid 

təyinatlı ümumi ("şərikli") gen qruplarının nisbətən 

azlığıdır (müvafiq surətdə, 533 və 112). Bu nəticə 

müxtəlif səbəblərdən ola bilər. Məsələn, ola bilsin ki

bizim minimal oxşarlıq dərəcəsi kimi götürdüyümüz 

"≥60%" oxşarlıq həddi zülallar üçün çox yüksəkdir. 

İstənilən halda, bu nəticələri də sonrakı 

araşdırmalar yolu ilə dəqiqləşdirilməlidir.   

Nəhayət, burada bir məqam da 

vurğulanmalıdır ki, proqnozlaşdırılan oxşar gen 

qruplarının hər hansı birindəki genlərin/zülalların 

ortoloq olub-olmaması bu araşdırmalardan aydın 

deyildir - bunun üçün əlavə tədqiqatlar tələb olunur.  

Belə ki, ortoloq genlərin müəyyənləşdirilməsi daha 

mürəkkəb, illər tələb edən bir problemdir.   




Yüklə 363,31 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin