Massivlər-verilənlərin strukturlaşmış növü olub, eyni tipli sonlu sayda
elementlərdən ibarətdir. Massivin hər bir elementinə onun elementlər ardıcıllığında
mövqeyini birqiymətli təyin edən indeks uyğundur. Indeks olaraq həqiqi tip istisna
olmaqla ixtiyari sadə tipli dəyişən və ya ifadə iştirak edə bilər
1
. Massivlər aşağıdakı
formada elan olunur:
array [indeks] of < elementlərin tipi>;
Massivin elementinin tipi öz növbəsində massiv ola bilər. Belə massiv
ikiölçülü massiv adlanır. İndeksin sayı massivin ölçüsünü müəyyən edir. Belə ki,
massivin elanı zamanı bir indeks verilirsə, həmin massiv bir ölçülü, iki indeks
verilirsə iki ölçülü,
n
indeks verilirsə
n
ölçülü massiv adlanır. Massivin ölçüsü
kompyuterin operativ yaddaşının tutumu ilə məhdudlaşır. Adətən, birölçülü
massivlərdən vektorları, ikiölçülü massivlərdən matrisləri, çoxölçülü massivlərdən
isə tenzorları təsvir etmək üçün istifadə olunur. Məsələn, 100 elementdən ibarət B
vektorunu aşağıdakı formada elan etmək olar.