Azad İsa oğlu Qurbanov, Elçin Musa oğlu Məmmədov, Aygün Seyfəddin qızı Hüseynova



Yüklə 1,42 Mb.
Pdf görüntüsü
səhifə97/141
tarix26.12.2016
ölçüsü1,42 Mb.
#3429
1   ...   93   94   95   96   97   98   99   100   ...   141
    Bu səhifədəki naviqasiya:
  • else
begin 
For j:=1 to 2 do 
Write (A[i, j]:4); 
Writeln; 
End; 
End. 
Elementləri müəyyən qayda ilə  təyin olunan və bir sıra xüsusi tip 
massivlərin elementləri mənimsətmə operatoru vasitəsilə  də daxil oluna bilər. 
Məsələn, vahid matrisin elementləri aşağıdakı operatorlar vasitəsilə  təyin oluna 
bilər. 
var 
   A: array [1..4,1..4] of integer; 
   i,j:integer; 
    Begin 
        for i:=1 to 4 do   
    begin 
                Writeln; 
                for j:=1 to do 
        begin 
     if i=j then  A [i, j]:=1 
     else 
         A [i, j]:=0; 
         Write (A[i, j],' ')
    end; 
          end
End. 
Qeyd edək ki,
  Readln, Read,  Write, Writeln
  prosedurları ilə 
massivin tək bir elementini və ya bir neçə elementini də həm daxil etmək, həm də 
çıxışa vermək olar. Məsələn,  
Read
 
(B [2]); writeln
 
(A[2,3], A[4,5]); 
 
 
2.12.1. Massivlər üzərində əməllər
 
Massivlər üzərində aşağıdakı əməliyyatlar aparmaq olar: 

 
Massivləri müqayisə etmək. Bu halda müqayisə edilən  massivlər 
eynistrukturlu olmalıdır, yəni indekslərin tipi, elementlərin sayı  və tipi eyni 
olmalıdır. Müqayisə  əməliyyatı massivlərin ekvivalentliyini və ya fərqli olmasını 
təyin edir. Massivin ekvivalentliyi “= “ operatoru vasitəsilə  təyin edilir. Məsələn, 
A=B. 
A massivinin hər bir elementinin qiyməti B massivinin uyğun elementinin 
qiymətinə  bərabər olduqda, əməliyyatın nəticəsi true qiyməti alır. Massivin 


 
368
fərqliliyi isə “<>” operatoru vasitəsilə  təyin edilir. Məsələn, A<>B massivinin heç 
olmasa bir elementinin qiyməti müqayisə olunan digər massivinin uyğun 
elementinin qiymətindən fərqli olduqda  əməliyyatın nəticəsi true qiyməti alır.  

 
Massivə digər massivi mənimsətmək. Bu əməliyyat mənimsətmə operatoru 
“:=” vasitəsilə yerinə yetirilir. Məsələn, A:=B. Bu halda B massivinin bütün 
elementinin qiymətləri A massivinin uyğun elementlərinə mənimsədilir. B massivi 
dəyişməz qalır. 

 
Ədədi massivlər üzərində hesabi əməliyyatlar. Massivləri toplamaq, 
qüvvətə yüksəltmək, onların hasilini tapmaq, transponirə etmək olar. Məsələn, 
matrisin transponirə edilməsi proqramına baxaq 

Yüklə 1,42 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin