Const D:array [0..5] of char=(’0’,‘1’,‘2’,‘3’);
və ya
Const D : array [0..5] of char=’0123’;
Çoxölçülü sabit massivlər də oxşar olaraq təyin edilir:
Məsələn,
Type KBAD= array [0..1, 0..1] of integer;
Const KBAD1: KBAD=((0,1),(2,3));
2.13. Yazılar
Yazılar verilənlərin strukturlaşmış növü olub, sonlu sayda müxtəlif tipli
elementlərdən ibarətdir. Massivlərdən fərqli olaraq yazılarda eyni bir obyektə aid
olan müxtəlif tipli verilənlər qruplaşır. Yazı tipinin elan olunması
record işçi
sözü ilə başlayıb
end
xidməti
sözü ilə qurtarır. Bunların arasında yazının
elementlərinin siyahısı gəlir. Elementlərin siyahısına yazının sahələri də deyilir.
Hər bir sahə identifikatordan və onun tipindən ibarətdir. Başqa sözlə yazı tipini
elan etmək üçün aşağıdakı yazılış formasından istifadə edilir: