Procedure <adı> (
); <Təsvir etmə bölməsi>
begin <operatorlar bölməsi> End; Əgər zərurət yoxdursa, onda prosedurun başlığında formal parametrlərin
siyahısı verilmir.
Proqramda prosedura müraciət etmək üçün prosedurun adını və dairəvi
mötərizənin içərisində faktiki parametrlərin siyahısını vermək lazımdır. Faktiki
parametrlər bir-birindən vergüllə ayrılmalıdırlar. Prosedura müraciət olunan zaman
faktiki və formal parametrlər arasında qarşılıqlı birqiymətli əlaqə yaranır. Faktiki
parametrlər vasitəsilə lazım olan dəyişənlərin qiymətləri prosedura ötürülür və ya
prosedurda alınan nəticələr əsas proqrama qaytarılır. Faktiki və formal
parametrlərin sayı, növü və yazılma ardıcıllıqları bir-birinə uyğun olmalıdır. Bu
uyğunluq pozularsa, onda proqramda kəsilmə halı baş verəcək. Prosedurda 3 növ
formal parametrdən istifadə olunur: parametr - qiymət, parametr - dəyişən,
parametr – sabit. Prosedurda parametr - qiymətə əsas proqramdan faktiki
parametrlərin qiyməti ötürülür. Proqram yerinə yetirildikdə faktiki parametrin
qiyməti hesablanaraq operativ yaddaşa yazılır. Prosedura müraciət zamanı isə
operativ yaddaşdan onun surəti prosedura ötürülür və bu qiymət formal parametrə
mənimsədilir. Bu halda faktiki parametr parametr-qiymətinin tipinə uyğun ifadə də
ola bilər.
Əgər prosedurdan əsas proqrama hər hansı dəyişənin qiymətini ötürmək
tələb olunursa, onda həmin dəyişən prosedurun başlığında formal parametr –
parametr - dəyişən kimi va r sözü ilə birlikdə təsvir olunmalıdır. Bu halda faktiki
376
parametrlər ifadə ola bilməzlər. Məsələn,
n x y =
funksiyasını hesablama
proqramına baxaq.