şı sistematik, vəhşi kompaniyalar aparılırdı. Yaşı 80-i ötmüş Azərbay-
canlılar şəxsən
təsdiq edə bilərlər ki, onları dini olub olmamasındam asılı
olmayaraq bütün qədim kitabları toplamağa və tonqala atmağa məcbur
edirdilər. Ona görə bir çox əlyazmalar, o cümlədən tibb kitabları, odda
yandırılmışdı. Bu “təmizləmə” nəinki Azərbaycanın, bütün dünyanın elm və
mədəniyyətinə ödənilməz xətər yetirmişdir...
Fərid Ələkbərli dərk edirdi ki, iki regonal dili (ərəb və fars dilini)
bilmək, qədim təbabətin sirrlərinə bələd olmaq üçün kifayət deyil. “İlk öncə
siz ərəb əlifbasının müxtəlif xətt üslublarını və kalliqrafiya sistemlərini de-
şifrə etməyi öyrənməlisiz” - deyir alim. Bunu o yaxşı bilməlidir, axı onun
doktorluq dissertasiyasında 47 orta əsr tibb mənbəsi araşdırılmışdır. Onlar
haqqında məlumat Fərid Ələkbərlinin aşağıdakı kitablarında da vardır:
“Orta əsr və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili” (rus
dilində), “Treatment Methods Used in Medieval Azerbaijan” (ingilis dilində),
“Şərq təbabəti və milli xörəklərimiz” (Azərbaycan dilində), “Şərabnamə”
yaxud “Şərablar haqqında kitab” (Azərbaycan dilində).
Yazıların deşifrə edilməsindən daha da çətin olan bir iş,
bitki və
xəstəliklərin qədim adlarının, eləcə də tibb terminlərin düzgün identifika-
siyasıdır. Tibbi biliklər orta əsr həkimləri tərəfindən müxtəlif regionlardan
toplandığına görə, çox vaxtı eyni anlayışlar müxtəlif terminlər vasitəsi ilə
ifadə olunurdu.
Fərid Ələkbərli belə nəticəyə gəldi ki, tədqiqatçının elmi hazırlığı
nə dərəcədə dərin və genişdirsə, onun orta əsr tibb mətninin mənasını ba-
şa düşmək şansı da bir o qədər genişdir. Alim vurğulayır ki, tibb tarixinin
öyrənilməsi əczaçılıq, mineralogiya,
zoologiya, botanika və başqa fənlər
üzrə fundamental biliklər tələb edir.
Fərid Ələkbərli qeyd edir ki, Şərq təbabəti profilaktikaya böyük
önəm verir. Bütövlükdə, İnstitutun kolleksiyasinda olan əlyazmalar üç əsas
istiqamətə üstünlük verir – profilaktika, müalicə və əczaçılıq.
Adətən belə əlyazmalar saray əyanları tərəfindən sifariş edilirdi.
Cəmi bir neçə kitab yaradılırdı, onlar da katiblər tərəfindən əllə köçürülürdü.
Fərid Ələkbərli qeyd edir ki, türk dilində yazılmış tibbi əlyazmaların çoxsu
ensiklopedik xarakter daşıylr, və eyni zamanda konkret və yığcamdırlar.
Onların əksəriyyəti daha çox praktiki, nəinki nəzəri səciyyə daşıyır,
və müx-
təlif mənbələr, məsələn hind, çin, ərəb və yunan qaynaqları əsasında
yaradılıb […]
Fərid Ələkbərli qeyd edir ki, qədim tibb reseptlərinə ehtiyatla ya-
naşmaq lazımdır. O hesab edir ki, əvvəlcə onlar laborator və kliniki
yoxlamalardan keçməlidir. Başqa tərəfdən alim dərk edir ki, qədim
mənbələr müasirlərimizin də istifadə edə biləcək dərin informasiya qatına
malikdir.
Gördüyümüz kimi, hələ çox işlər görülməlidir! Və çox az tibb tarix-
çiləri bu gün bu işə cəlb olunmuşdu. Fərid Ələkbərli müəyyən etmişdir ki,
qədim əlyazmalarda təsvir olunan 724 dərman bitkisindən, hal-hazırda
cəmi 466 növü Azərbaycan ərazisində yayılmışdır. Onların 252 növü tibbi
məqsədlərlə heç cürə istifadə olunmur...
Alim təəssüflə bildirir ki, bugün
(məqalə 1997 ildə yazılmışdır –
red.) Azərbaycanda çox az gənc elmlə məşqul olmaq istəyir. Akademik
5
tədqiqatlar maliyyə yardımı tələb edir – maliyyə baryeri bu istuqamətdə
böyük tormozdur...
O,
həmçinin deyir ki, hər adam belə iş üçün yaramır. Elmi tədqi-
qatlar aparmaq üçün insan analitik düşüncəyə malik olmalıdır. O deyir: “İn-
sanlar şair, yaxud rəssam qismində doğulduqları kimi, siz də alim kimi
doğulmalısız”. Fərid Ələkbərliyə əsasən, dünya qədim əlyazmalarda
gizlənən sirlərin açılmasından real xeyir əldə edə bilər. "Yadınızda saxlayın
ki, müasir tibbin cəmi bir neçə yüz il yaşı var, halbuki ənənəvi tibbi
minilliklər boyu toplanılmışdı". Iş arası, Fərid Ələkbərli uşaqlar üçün Azər-
baycan dilində kitab yazmışdır. Kitabın adi “Elmi nağıllar”dır və orada fo-
tosintez, simbioz,
immunitet, tüfeylilik, viruslar, DNT, RNT kimi 30-a yaxın
elmi anlayışlar uşaqlara sehrli nağıl janrında təqdim olunur. Alim ümid edir
ki, kitab yaxın zamanlarda nəşr olunacaq, və uşaqlar elmin möcüzəli
aləminə valeh olacaqlar.
Betty Blair, “The Medical Manuscripts of Azerbaijan - Unlocking their
Secrets”. Azerbaijan International 5.2,Summer 1997, pp.51-53
Dostları ilə paylaş: