Qərənfıldən müalicə preparatlarının hazırlanması. Daxili babasil qanaxmalarında. 1,5 xörək qaĢığı doğranmıĢ otu 1
stəkan qaynar suya töküb 2-3 saat dəmlədikdən sonra süzün. Gündə 3 dəfə 1
xörək qaĢığı yeməyə 15 dəqiqə qalmıĢ qəbul edin.
Uşaqlıq qanaxmalarında (doğum, abort və uşaq salma zamanı). 2 çay qaĢığı doğranmıĢ
otundan götürüb bir stəkan qaynar suya töküb termosda 4-5 saat saxlayıb süzün. Sonra gündə 4-5
dəfəyeməyə 30 dəqiqə qalmıĢ 2 xörək qaĢığı qəbul edin.
Taxikardiya və ürək ağrılarında əlavə vasitə kimi. 1 çay qaĢığı doğranmıĢ otundan götürüb
0,5 stəkan qaynar suya tökün və 8 saat dəmlədikdən sonra süzüb gündə 2-3 dəfə yeməyə 15-20
dəqiqə qalmıĢ 2 xörək qaĢığı daxilə qəbul edin.
Radikulit zamanı. DoğranmıĢ qərənfil otunu suda pörtlədib, azca suyu çəkildikdən sonra
götürüb ağrıyan nahiyəyə kompres edin.