Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə134/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   130   131   132   133   134   135   136   137   ...   730
 
Dərman sabunotu – Saponaria officinalis L. 
 
Dünya  florasının  tərkibində  sabunotu cinsinin  25-ə  yaxın  növü  yayılmıĢdır.  Qafqazda  6,  o 
cümlədən Azərbaycanda 4 növünə təsadüf edilir. 1 növündən – dərman sabunotundan təbabətdə və 
kosmetikada istifadə edilir. 
Dərman sabunotu – S.offlcinalis L.  30-90 sm hündürlüyündə, düzqalxan, güclü budaqlanan 
kökümsovlu  çoxillik  ot  bitkisidir.  Yarpaqlarının  uzunluğu  5-12,  eni  1-4  sm  olub,  lanset,  yaxud 
ellipsvari,  aĢağıdakılar  saplaqlı,  yuxarıdakılar  isə  oturacaqlıdır.  Çiçəkləri  iyli 
qalxanvari-süpürgəvari  hamaĢçiçəkdən  ibarətdir.  Kasacığı  bitiĢik  yarpaqlı, 
silindrvarıdır.  Ləçəkləri  ağ  və  yaxud  çəhrayı  rəngli  uzunsov-tərsinə  yumurtavarı, 
girintili-çıxıntılı,  yaxud  tamamilə  bükülmüĢdür.  Meyvəsi  uzunsov  yumurtavarı, 
biryuvalı  çoxlu  xırda  qara  rəngli  toxumu  olan  qutucuqdan  ibarətdir.  Ġyun-avqust 
aylarında çiçək açır, sentyabrda meyvəsi yetiĢir. 
Sabunotu  Azərbaycanın  Gədəbəy  rayonunda,  Qalakənd  ətrafında,  orta 
dağlıq  zonalarda,  açıqlıq  və  kolluqlarda  yayılmıĢdır.  Kök  və  kökümsovunun 
tərkibində 20%-ə qədər saponin, saporubrin vardır ki, bu da hidroliz olunaraq hipsogenin C
30
H
46
O
4
 
yaradır.  Yarpağından  saponarin  (C
27
H
32
O
16
)  və  viteksin  (C
21
H
20
O
10
)  flavonoidləri,  l%-ə  qədər 
askorbin  turĢusu,  pektin,  selik  və  s.  tapılmıĢdır.  Çox  qədimdən  tibbdə  bu  bitkinin  qırmızı-qonur 
rəngli kökümsovu məĢhur «qırmızı sabun kökü» adı ilə tanınınıĢ və istifadə edilmiĢdir. 
Xalq arasında bu bitkini «təmizkar», «tatar sabunu», «sabun çiçəyi», «qırx dostu olmayan», 
«paxlalı»,  «sabunotu»  və  s.  adlarla  adlandırırlar.  Latınca  elmi  adı  «sapo»  -  «sabun»  mənasını 
bildirir. «Saponaria» termini bir sıra orta əsr müəlliflərin Albertus, Maqnus, Bok, Hesner, Lobelpus 
və baĢqalarının əsərlərində qeyd edilir. Müasir elmi adı isə ona K.Linney tərəfindən verilmiĢdir. 
Qırmızı sabun kökündən tənəffüs yolları xəstəliklərində bəlğəmgətirici vasitə kimi həmçinin 
bronxitdə, kəskin öskürəkdə, zökəmdə və s. iĢlədilir. 
Xalq  təbabətində  kök  və  kökümsovundan  hazırlanan  dəmləməsindən  böyrək,  qara  ciyər, 
dalaq,  həzm  pozuntularında  və  s.  iĢlədilir.  Kök  və  yarpaqlarından  hazırlanmıĢ  cövhərindən  daxilə 
qəbul  edilərək,  həzm  pozuntularında,  podaqra  (oynaq  və  toxuma)  xəstəliklərində,  ekzema, 
ekssudativ  diatezdə,  frunkulyoz  (çoxlu  çiban  çıxarma)  əleyhinə,  xal,  dəmrov,  dəri  iltihabında 
iĢlədilir. Təzə yarpaqlarından yaĢ sarğı kimi irinli yaraların üzərinə qoyulur. 
Sabunotu  bəzən  qıcıqlandırıcı  təsir  də  göstərir.  Artıq  miqdarda  qəbul  edildikdə  öskürək, 
ürəkbulanması,  qusma,  qarınağrısı  əmələ  gətirir.  Sabunotu  kəskin  qantəmizləyici  təsirə  malikdir. 
Heyvanlar  onunla  zəhərləndikdə,  qıcolma,  ağ  ciyər  iflici  və  s.  ölümlə  nəticələnir.  Onun  üçün 
sabunotu preparatlarından uzun müddət istifadə etdikdə çox ehtiyatlı olmaq lazımdır. 
Müalicə  məqsədləri  üçün  payız  aylarında  onun  kökləri  yerdən  qazılır  çıxarılır,  yuyulub 
təmizlənir  və  qurudaraq  istifadə  edilir.  Sabunotunun  kök  hissəsindən  hazırlanan  preparatlar 
maddələr  mübadiləsinin  nizama  salınmasında,  mikrob  əleyhinə,  soyuqdəyməyə  qarĢı, 
bəlğəmgətirici, tərqovucu, ödqovucu və zəif iĢlədici vasitə kimi, dəri səpkilərində istifadə edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin