72
Sürünən qaymaqçiçək – Ranunculus repens L.
Ranunculus L. cinsinin Yer kürəsində 400-ə qədər növü yayılmıĢdır.
Ġyul ayında çay kənarlarında, çaybasar çəmənliklərdə, nəmli sahələrdə sürünən
qaymaqçiçəyin yayıldığı sahələrə rast gəlmək olar. Bu sarı rəngli çiçəkləri olan, sərilən gövdəyə
malik ot bitkisidir. Qaymaqçiçək zəhərli bitki olduğu üçün xalq təbabətində ondan orqanizmin
xaricində baĢ verən xəstəliklərin müalicəsində istifadə edilir.
Bitkinin ot hissəsindən protoanemonin (anemonol), saponin, aĢı maddəsi, flavonoid,
qlükozid və s. maddələr tapılmıĢdır. Bitkinin preparatları ən çox
revmatizm, xənazir (sarıca) və malyariya xəstəliklərində iĢlədilir.
Müalicə məqsədləri üçün bitkinin çiçək açan dövründə
toplanmıĢ otundan istifadə edilir.
Bitkidən alınan preparatlar antibakterial, soyuqdəymə,
yarasağaldıcı, ağrıkəsici vasitə kimi tətbiq olunur.
Dostları ilə paylaş: