Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə430/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   426   427   428   429   430   431   432   433   ...   730
II qrupa aiddir: Kök, balqabaq, yunan balqabağı. Bu tərəvəzlər də α-karotinlə zəngin olub, 
xərçəng hüceyrələrinin inkiĢafını dayandırmaqda mühüm rol oynayır. 
III  qrupa  aiddir:  Narıncı  bibər,  manqo,  mandarin.  Bu  tərəvəz  və  meyvələrin  tərkibində 
çoxlu  miqdarda  kriptoksantin  karotinoidi  aĢkar  edilmiĢdir.  Bu  maddə  antioksidant  təbiətli  olub, 
hüceyrələri zədələnməkdən qoruyur. 
Qırmızı  çalar:  Birinci  qrupa  aiddir:  qırmızı  və  qara  üzüm,  mərcani  (quĢüzümü)  və  baĢqa 
qırmızı  rəngli  giləmeyvələrdir  ki,  tərkiblərində  çoxlu  miqdarda  flavanoid  maddələri  saxlayırlar. 
Bizə məlumdur ki, fransızlar tərkibində yağ olan qidalardan daha çox istifadə edirlər. Buna görə də 
bu ölkədə ürək-damar xəstəliklərinə tutulanlarm sayı çox aĢağıdır. Həkimlər belə qənaətə gəliblər 
ki, fransızlara tərkibində flavanoid maddələri ilə zəngin olan qırmızı rəngli çaxırlar köməklik edir. 
II qrupa: Qırmızı bibər, pomidor, qarpız, çəhrayı üzüm və s. daxildir. 1 ədəd qırmızı rəngli 
bibər  və  pomidor  yeyildikdə  insan  özünü  birgünlük  tələb  edilən  A  vitamini  ilə  təmin  edə  bilir. 
Amerikanm Ġllinoys Texniki Universitetinin alimləri belə qənaətə gəliblər ki, bu tərəvəz ürək-damar 
sisteminə  müsbət  təsir  göstərməklə  yanaĢı  həmçinin  xərçəngin  və  ostekoporozun  inkiĢaf  riskini 
azaldır.  Məlumdür  ki,  pomidor  güclü  antioksidant  sayılan  likopinin  mənbəyidir.  Digər  meyvə  və 
tərvəzlərdəki  qidalı  və  faydalı  maddələrdən  fərqli  olaraq,  likopin  hazırlanandan  və  termik  emal 
ediləndən  sonra  da  öz  xüsusiyyətələrini  saxlaya  bilir.  Alimlər  həmçinin  qeyd  edirlər  ki,  pomidor 
antitrombotik  və  soyuqdəyməyə  qarĢı  da  əhəmiyyətlidir.  Pomidor  həm  də  bir  neçə  xərçəng 
növünün,  eləcə  də  ürək-damar  sistemi  və  sümüklərdəki  problemlərin  profilaktikası  üçün  yaxĢı 
vasitə hesab edilir. 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   426   427   428   429   430   431   432   433   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin