Elmi redaktorlar amea-nın müxbir üzvləri


Üçbölümlü yatıqqanqal – Bidens tripartita L



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə608/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   604   605   606   607   608   609   610   611   ...   730
 
Üçbölümlü yatıqqanqal – Bidens tripartita L. 
 
Cinsin  dünya  florasının  tərkibində  200-ə  qədər  növü  yayılmıĢdır.  Qafqazda  3,  o  cümlədən 
Azərbaycanda  1  növünə  rast  gəlinir.  Üçbölümlü  yatıqqanqalın  elmi  adı  isə  «Bidens»  latın  sözü 
olub, ―bi‖ - iki, ―dens‖ - diĢ deməkdir. Bu da iki iti diĢĢəkilli meyvə deməkdir. Növünün elmi adı 
isə «tripartita» üç bölünən mənasında, yarpağının aynasının qurluĢunu göstərir. Xalq arasında bunu 
«itciyər», «iliĢkən», «xənəzir otu», «keçi buynuzu» kimi tanıyırlar. Üçbölümlü yatıqqanqal - 
 
 Bidens  tripartita  L.  hündürlüyü  15-60(100)  sm  olan, 
kökü  saçaqlı  Ģaxələnən,  nazik,  samanı  rəngli  birillik  ot 
bitkisidir. Gövdəsi düzduran, yoğun silindrvari yaĢıl və yaxud 
qırmızımtıl  rəngli  olub,  qarĢı-qarĢıya  düzülmüĢ  yarpaqlarla 
əhatə  olunmuĢdur.  Yarpaqları  qısa  saplaqlı  dərin  üçbölümlü 
lansetvari,  gövdənin  yuxarı  hissəsində  yerləĢənləri  sadə, 
kiçik,  kənarları  miĢardiĢli  olduğu  halda,  ortada  yerləĢən 
yarpaqları  nisbətən  iri  və  bütövdür.  Sarı-qonur  boruĢəkilli 
çiçəkləri  iri  səbətlərdən  ibarət  olub,  yarımgirdə  formasında, 
tək-tək  hallarda  budaq  və  gövdələrin  qurtaracağında 
yerləĢmiĢdir. Çiçək səbətləri ikiqat zəngvari yaĢıl qınla əhatə 
olunmuĢdur.  Kənar  yarpaqları  çiçək  səbətindən  uzundur.  Çiçəkləri  solub  meyvəsi  yetiĢən  zaman 
səbəti qaralır və qonurlaĢır. Ġyul ayında çiçək açır, çiçəklənməsi sentyabr ayına qədər davam edir. 
Meyvəsi toxumcuq olub, iki ədəd iynəvari qılçıq formasındadır. 
Üçbölümlü yatıqqanqal Azərbaycanın demək olar ki, hər yerində geniĢ yayılmıĢdır. Buna ən 
çox nəm yerlərdə, su basmıĢ çəmənliklərdə, çayların, göllərin, bataqlıqların kənarlarında daha çox 
rast  gəlmək  olar.  Bundan  baĢqa  bitkiyə  zibilliklərdə,  əkin  sahələrinin  kənarlarında,  alaq  otu  kimi 
bostanlarda təsadüf etmək olar. 
Yatıqqanqal otunun tərkibində bir sıra bioloji fəal maddələr aĢkar edilmiĢdir. Bunlardan 50 
mq%  karotin,  60-70  mq%  askorbin  turĢusu,  4,5-5,8%  aĢı  maddəsi,  1,2-2,8%  butein,  kversetin, 
izokreopsin,  auronlar,  kempferol,  luteolin,  sinarozid,  sulfuretin,  maritimetin,  kumarinlərdən 
umbelliferon,  skopoletin,  eskuletin  və  s.  tapılmıĢdır.  Bundan  əlavə  darçın  turĢusu  törəmələri,  efir 
yağı  (izi),  aĢı  maddələri,  selik  və  qatranlı  maddələr,  toxumlarından  isə  11%-ə  qədər  piyli  yağ 
tapılmıĢdır. 
YaĢıl hissəsinin tərkibində 8,60% kül, mq%q olmaqla: 40,40 K, 1l,40 - Ca, 3,50 - Mg, 0,20 - 
Fe mikroelementləri, mkq/q olmaqla: 0,1 - Mn, 0,45 - Cu, 0,81 - Zn, 0,02 - Co, 0,02 - Cr, 0,14 - A1, 
0,08 - V, 4,17 - Se, 0,08 - Ni, 3,11 - Sr, 0,03 - Pb, 87,20 - B makroelementləri tapılmıĢdır. 
Hələ  çox  qədim  zamanlarda  üçbölümlü  yatıqqanqal  bitkisinin  yarpağından  hazırlanan 
çaydan,  cövhərlərindən  dizenteriya,  ekzema,  damar  və  s.  xəstəliklərin  müalicəsində  istifadə 
edilmiĢdir.  Üçbarmaq  otunun  müalicəvi  əhəmiyyəti  o  qədər  böyük  idi  ki,  keçmiĢ  Rusiyanın  çar 


239 
 
quberniyasının 29 əyalətində bunun toplanıb tədarükü ilə məĢğul olmuĢlar. Çin və Tibet təbabətində 
də üçbarmaq otundan soyuqdəymədə, ishalda geniĢ istifadə olunmuĢdur. 
Xalq  təbabətində  üçbarmaq  otundan  hazırlanan  məlhəmlərdən,  cövhərlərdən  xənazir,  raxit, 
iltihab  əleyhinə,  oynaq  xəstəliklərində  istifadə  olunmaqla  yanaĢı,  sidikqovucu  və  tərlədici  vasitə 
kimi  də  iĢlədilir.  Qədim  zamanlarda  ilan  sancmasına  qarĢı  mübarizə  effektli  dərman  preparatları 
olmadığı  dövrdə  üçbarmaqdan  hazırlanan  məlhəmlərdən  istifadə  edilmiĢdir.  Otundan  hazırlanan 
cövhərindən  iĢtahaaçıcı,  çətin  həzm  olunmaya  qarĢı,  eləcə  də  böyrək  və  dalaq  xəstəliklərində 
istifadə edilir. 
Tərkibində  çoxlu  və  qiymətli  bioloji  aktiv  maddələr  olduğundan  kosmetika  və 
dermatologiya  sahəsində  geniĢ  istifadə  edilir.  Belə  ki,  ondan  hazırlanan  məlhəmlərdən  dəri 
ekzemasına,  qoturluğa,  xənazirə,  körpə  uĢaqlarda əmələ  gələn  qartmağa  qarĢı  geniĢ  istifadə  edilir. 
Toxumundan əldə olunan yağdan yaraların tez sağalmasında, dəri yanıqlarında, epitel hüceyrəsinin 
sürətlə  bərpa  edilməsində  iĢlədilir.  Otundan  hazırlanan  vannalarından  insanların  sağlam,  gümrah, 
bədənin  təravətli  olmasında  istifadə  edilir.  Üçbarmaq  otunun  tozağacı,  gicitkən,  atpıtrağı,  çovdar, 
zəncirotu,  qaraqınıq  qarıĢığından  hazırlanan  vannasından  sağlamlaĢdırıcı,  qüvvətləndirici  vasitə 
kimi həm də dəriyə sağlam rəng veıilməsində də istifadə edilir. 
Yatıqqanqal  otunun  qönçə  və  ilk  açan  çiçəklərindən  hazırlanan  vannasından  dəri 
xəstəliklərində,  diatezin  müxtəlif  formasında,  qaĢınmalarda,  səpkilərin  müalicəsində  geniĢ  istifadə 
edilir. Yayın axır aylarında, bitki qönçə və çiçək açan dövrdə gövdəni 30 sm hündürlüyündə kəsib 
götürürlər. Bəzən onun yarpaq və yaxud kiçik yan budaqlarını da toplayırlar. Bir müddət keçəndən 
sonra elə ki, bitkidə cavan budaqlar əmələ gəldi təkrar ikinci dəfə toplama iĢləri aparılır. 
Üçbölümlü  yatıqqanqal  əkilən  sahələri  otbiçən  maĢınlarla  toplayır,  silos  kombaynları 
vasitəsilə  doğrayıb  xırdalayır,  talvar,  çardaq  və  yaxud  od  quruducularında  45-50°  temperaturda 
qurudurlar.  Hektar  sahədən  ~5-9  sentner  yaĢıl  quru  kütlə  əldə  edildiyi  halda,  mədəni  Ģəkildə 
becərildikdə  isə  24  sentner  məhsul  götürmək  olar.  Bitkinin  kombaynlarla  toxumunu  döyüb 
çıxarırlar.  Yatıqqanqal  otu  yaxĢı  ĢumlanınıĢ,  mala  çəkilmiĢ  nəm  torpaqlarda  əkilib  becərilsə  bol 
məhsul  əldə  etmək  olar.  Taxıl  əkilən  sahələrdə  yaxĢı  inkiĢaf  edib  bol  məhsul  verir.  Dondurma 
Ģumundan sonra hər hektar sahəyə 40 ton peyin və yaxud kompast, 30 kq mineral gübrə, əkinqabağı 
isə  8-10  kq  fosfor,  verməyi  məsləhət  görürlər.  Yatıqqanqal  otunun  toxumlarını  əkindən  qabaq 
skarifikasiya  edib,  qıĢ  dövründə  sərin  Ģaxtalı  günlərdə  yaxud  erkən  yazda  əkirlər.  Toxumları  bir-
birindən cərgələrarası 60 sm olmaqla, 1 sm dərinliyində əkirlər. Bir hektar sahəyə norma olaraq 8-
12  kq  toxum  səpilir.  Vegetasiya  dövründə  4-5  dəfə  kultivasiya  iĢləri  aparılır  və  sahə  alaqdan 
təmizlənir.  XIX  əsrin  əvvəllərində  yatıqqanqal  otundan  yun,  ipək  və  pambıq  məmulatlarını 
boyamaq üçün Rusiyada geniĢ əkilib becərilmiĢdir. 
Yatıqqanqal otunun təbii boyağından saçları qızılı sarı rəngə boyamaq olar. 
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   604   605   606   607   608   609   610   611   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin