Yeralmasından kosmetik vasitələrin hazırlanması. Yeralması, həm də əla kosmetik vasitədir. Məsələn, qıcıqlanmıĢ, iltihablı üzün dərisinə
bitkini sıyıq Ģəklinə salaraq maska qoymaq çox faydalıdır. Əməliyyatı həftədə iki dəfə, 20 dəqiqə
müddətinə yerinə yetirin. Sonra üzünüzü ilıq su ilə yuyub, krem çəkin. Müalicə kursu 10-15
seansdır. Bu cür maskanı yeralması Ģirəsindən də edə bilərsiniz. QırıĢlı və quru dərisi olanlar
həftədə iki dəfə yeralmasından hazırlanan sıyıqla üzünü masaj etməlidirlər. Əgər bu proseduru
müntəzəm yerinə yetirsəniz, üzünüzün dərisi zərif, təmiz və elastik olacaq. QırıĢlar da tədricən
itməyə baĢlayacaq. Yeralması bitkisinin yarpaqlarından hazırlanan dəmləmə ilə saçları yaxalamaq
çox faydalıdır. Dəmləmənin hazırlanma qaydası belədir: 1 xörək qaĢığı qurudulmuĢ yarpaqlarıın
üzərinə 1 stəkan qaynar su töküb, 30 dəqiqə saxlayıb süzün. Bu dəmləmə ilə saçlarınızı
yaxaladıqdan sonra onlar sağlam, gözəl və parlaq olacaqlar.
Yeıalmasını Azərbaycanın istənilən iqlim-torpaq Ģəraitində çox asanlıqla əkib-becərməklə,
ondan qida, Ģəkərli maddə və müalicəvi preparatların istehsalını təĢkil etmək olar.