Alaqanqaldan müalicəvi preparatların hazırlanması. Qara ciyər, o cümlədən assitin, toplanmış mayenin kənar edilməsi zamanı toxumundan dəmləmənin hazırlanması: 30 q toxumu narın üyüdüb 0,5 litr qaynar suya tökün. Həmçinin 2 dəfə
azalana qədər su hamamında buxarlandırın. Sonra 3 qat tənzifdən keçirib hər saatdan bir, 1 xörək
qaĢığı qəbul edin. Müalicə kursu 1-2 aydır. Lazım gələrsə müalicəni iki həftədən sonra davam
etdirmək olar.
Dizenteriya, sidiyin gecikməsi, radikulit və qıcolma zamanı.1 xörək qaĢığı xırda doğranmıĢ
kökünü 200 ml qaynar suya töküb su hamamına qoyun, ağzını örtüb 30 dəqiqə saxlayın. Ġsti halda
3 qat tənzifdən süzüb əvvəlki həcminə gətirmək üçün üzərinə qaynar su tökün. AlınmıĢ ekstraktdan
gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaĢığı qəbul edin.
Xərçəng xəstəliyi zamanı. Istifadə olunan kimyəvi preparatların orqanizmdə əmələ gətirdiyi
toksiki maddələri kənar etmək üçün: kök və otundan 2 xörək qaĢığı 0,5 litr qaynar suya töküb, 7-8
saat dəmləyib (bütün gecəni saxlaya bilərsiniz). Süzüb gündə 3 dəfə, 150 ml qəbul edin.