241
formasında istifadə edilir.
Alaqanqalın toxumlarından alınan yağdan müalicə məqsədləri üçün geniĢ istifadə edilir.
Yağı özünüz də hazırlaya bilərsiniz. Bunun üçün 0,5 litr zeytun yağının üzərinə 5-6 çay qaĢığı
toxumundan töküb su hamamında qaynadın. Sonra soyudub süzün. Alınan yağ daxildə və xaricdə
baĢ verən xəstəliklərin müalicəsində istifadə edilir. Alaqanqalın toxumlarından alınan yağın
keyfiyyəti çaytikanından alınan yağdan heç də geri qalmır. Qanqalın yağından yaraların, yanıqların,
qara ciyərin qoruyucusu kimi istifadə edilir. Yağından bağırsaqlarda olan trixin parazitlərinin,
qadınlarda uĢaqlıq yollarında olan yaraların müalicəsində sürtmə yolu ilə istifadə edirlər.
Alaqanqaldan hazırlanan preparatlardan əsəb, nevroz, epilepsiya xəstəliyi olan xəstələrə
vermək məsləhət görülmür. Bundan əlavə bitkinin tərkibində çoxlu miqdarda kalium və fosfor
olduğundan ondan ürək-damar və təngnəfəslik xəstəliklərinə tutulanlara vermək olmaz.
Alaqanqal quraqlığa, Ģaxtaya dözümlü olduğundan o qədər də qulluq tələb etmir. O,
ziyanvericilərə və xəstəliklərə qarĢı davamlıdır. Bitkini həyatyanı bağ və bağçalarımızda asanlıqla
əkib becərə bilərsiniz. Bu zaman bitki yaz və payız aylarında öz gözəlliyi ilə orqanizmin
müqavimətinin artmasna və sağlam olmağınıza səbəb olar. Alaqanqal üçün ən yaxĢı torpaq yüngül
və qida ilə zəngin torpaq hesab edilir. Əkin qabağı toxumları bir neçə saat isladıb əkin. Toxumları
bir-birindən 30-40 sm aralı olmaqla 2-3 sm dərinliyində basdırın. Cərgələrarası 45-50 sm olmaqla 1
m
2
sahəyə 4 kq kopress və yaxud peyin, 40-60 q mineral gübrə, 1-2 stəkan odun külü verilir.
Toxumları səpildikdən 8-10 gün sonra cücərməyə baĢlayır. Bitki sürtələ boy ataraq, yayın
ortalarında gövdə və çiçək verməyə baĢlayır. Səbətləri qıĢa qədər qönçələyib çiçəkləyir. Toxumları
avqustun axırlarında yetiĢir.
Toxumlar cücərmə qabiliyyətini 3 ilə qədər saxlayırlar. Kökləri müalicə məqsədləri üçün
yerdən qazıb çıxardır soyuq suda yuyur 40-50 dərəcə temperaturda qurudurlar. Kökləri öz müalicə
təsirini 1 il saxlayırlar. Otundan yaĢıl gübrə kimi istifadə edilir. Göz oxĢayan çiçəklərindən gözəl
gül buketləri düzəldilir.
Dostları ilə paylaş: