240
yayılmıĢdır. Bundan baĢqa bitkiyə düzənlikdən tutmuĢ orta dağ qurĢaqlarına qədər təsadüf etmək
olar.
Adi alaqanqal dərman, efir yağlı, qida və bəzək təbiətli bitkidir. Bitkidən müalicə məqsədləri
üçün qədim dövrlərdə istifadə olunmağa baĢlanmıĢdır. Halen bitkidən «qarın xəstəliklərini» müalicə
edər preaparatlar hazırlayırmıĢ. Hazırda da alaqanqaldan hazırlanan preparatlardan qara ciyər
pozuntularında geniĢ istifadə edilir. Müalicə məqsədləri üçün alaqanqal bir sıra ölkələrin
ərazilərində geniĢ əkilib becərilir. Alaqanqalı məĢhur edən onun toxumlarının tərkibində nadir
keyfiyyətlərə malik flavanoid birləĢmələrinin aĢkar edilməsidir. Bundan əlavə toxumlarının
tərkibində 30-32%-ə qədər piyli yağ, 0,08% efir yağı, biogen təsirli amin turĢularından tirazin,
histamin amin turĢuları, qatran, selik, silibin, silidianin, taksifolin, silixristin flavonoidləri aĢkar
edilmiĢdir. Bundan baĢqa onun tərkibində A, D, E, K, F və B vitamini qrupları, 5,08% kül, mq%
olmaqla: K – 9,20, Ca – 16,60, Mg – 4,20, Fe – 0,08 makroelementləri, mkq/q olmaqla: Mn – 0,10,
Cu – 1,16, Zn – 0,7, Cr – 0,15, Al – 0,02, V – 0,01, Se – 22,90, Ni – 0,20, Sr – 0,08, Pb – 0,08, I –
0,09, B – 22,40 mikroelementləri və Co, Mo, Cd, La, Ba, Au, Br aĢkar edilmiĢdir. Cu, Se, xüsusən
də Se çoxluq təĢkil edir. Alaqanqal yaxĢı antioksidant xüsusiyyətlərə malik olub, vaxtından əvvəl
qocalmanın qarĢısını alır. Müalicə məqsədləri üçün onun toxumundan, yetiĢmiĢ meyvəsindən,
kökündən, ot və Ģirəsindən istifadə edilir. Alaqanqal xırda buynuzlu heyvanlar üçün zəhərli hesab
olmasına baxmayaraq, ondan hazırlanan preparatlardan tipdə geniĢ istifadə olunur. Spirtli içkilərin,
zəhərli göbələklərin, zəhərli dərman preparatlarının zəhərləyici təsirlərindən qara ciyəri qorumaq
üçün alaqanqal preparatlarından istifadə edilir. Bundan baĢqa bitkidən hazırlanan preparatlardan
qara ciyər pozuntularında, serrozun, kəskin və xroniki hepatitin müalicəsində geniĢ istifadə edilir.
Qeyd etdiyimiz preparatların orqanizmə heç bir mənfi təsir göstərmədiyi də müəyyən edilmiĢdir.
Alaqanqal böyük müalicəvi spektrli olduğundan ondan müxtəlif formalarda Ģrot, toxumlarından
hazırlanan tozundan (poroĢokundan), yaĢıl hissələrindən hazırlanan dəmləmə cövhər və çaylarından
geniĢ istifadə edilir. Alaqanqal az zəhərli olduğundan ondan hazırlanan preparatların reseptlərinə
düzgün riayət edilməlidir.
Dostları ilə paylaş: