Elmi redaktorlar amea-nın müxbir üzvləri


Çiban,  səpki  və  civzəl



Yüklə 8,43 Mb.
Pdf görüntüsü
səhifə95/730
tarix26.12.2016
ölçüsü8,43 Mb.
#3714
1   ...   91   92   93   94   95   96   97   98   ...   730
Çiban,  səpki  və  civzələrin  müalicəsində.  300  q 
doğranmıĢ qabığını 2 litr qaynar suya töküb vam od üzərində 
30  dəqiqə  saxlayın.  Bir  saat  saxladıqdan  sonra  süzüb  37° 
temperatura çatdırıb vannasını düzəldin. Vannasını səhər və 
axĢam günaĢırı qəbul edin. Müalicə kursu 12 gündür. 
Qabığından  aĢı  və  boyaq  xammalı  kimi  də  istifadə 
etmək olar.  
 
TUT – Moraceae Link. fəsiləsi 
Maklyura – Maclura pomifera (Rafin.) Schneid. 
 
 Maklyura  ağacının  vətəni  ġimali  Amerika  hesab  olunur. 
Rusiyanın  Avropa  hissəsində,  Qara  dənizin  Krım  sahillərində, 
Qaratorpaq  vilayətində  dekorativ,  bəzək  bitkisi  kimi  əkilib-
becərilir. Azərbaycanda da park və xiyabanların, yol kənarlarının 
bəzədilib, yaĢıllaĢdırılmasında istifadə olunur. 
Maklyuraya  xalq  arasında  «çörək  ağacı»,  «ayı  alması», 
«meymun alması» da deyirlər. Qollu-budaqlı, tut ağacına oxĢayan 
maklyuranın hündürlüyü 8-10 (bəzən 12-14) metr olur. Yarpaqları 
tut yarpağına oxĢayır, tünd yaĢıl rəngdədir. Çiçəkləri dörd yarpaq 
Ģəklində olub bir kasacıqda yerləĢir. 
Meyvələrinin üst hissəsi ayrı-ayrı kolbacıq Ģəkilli, bir-birinə sıx (kip) bərkimiĢ hissələrdən 
ibarətdir,  azacıq  bərk,  heyvaĢəkilli  meyvəyə  oxĢar  yumrular  əmələ  gətirir.  Maklyura  meyvəsinin 
daxili  böyrəkĢəkillidir,  ətli  hissəsində cərgə  ilə  düzülmüĢ  dənələri  olur.  Kəsildikdə  ağ  rəngdə  süd 
kimi  qatranlı  maye  çıxır.  Sentyabr  və  oktyabr  ayında  yetiĢən  meyvələrindən  dərman  məqsədi  ilə 
istifadə  edilir.  Meyvələrinin  tərkibində  0,01%  alkaloidlər, 
0,2% qlükozid, morin, rutin, kversetin tərkibli flavonoidlər, 
Ģəkər,  pektin,  zülal,  5,16%  piyli  maddə,  16,6%  qatranlı 
maddələr,  0,44%  üzvi  turĢular,  37-45  mq%  C  vitamini, 
yarpağında isə 90,6-99,9 mq% C vitamini aĢkar edilmiĢdir. 
Podaqra, duz xəstəliklərində, sümük-revmatizm ağrılarında, 
ankilozlarda, 
ağrıyan 
nahiyələrin 
müalicəsində 
maklyuradan  hazırlanan  məlhəmdən  istifadə  etməyi 
məsləhət  görürlər.  Bunun  üçün  1  kq  meyvəni  xırda 
hissələrə  bölüb,  üzərinə  0,5  litr  etil  spirti,  0,5  litr 
günəbaxan,  yaxud  zeytun  yağı  tökürlər. Meyvəni  ət  maĢınından  keçirib,  üzərinə etil  və  bitki  yağı 
əlavə edərək 7-10 gün otaq temperaturunda saxlayır, ağrıyan nahiyələrə  yaxma Ģəklində sürtürlər. 
Xalq  təbabətində  qurudulmuĢ  meyvələrindən  çay  kimi  dəmləyib  hipertoniya  xəstəliyi  zamanı 
içirlər.  Təzə  dərilmiĢ  meyvələrinin  Ģirəsindən  kərə  yağında  məlhəm  hazırlayıb,  müxtəlif  dəri 
xəstəliklərinin, xüsusən də irinli yaraların müalicəsində istifadə edirlər. Bəzi mənbələrdə qeyd edilir 
ki,  maklyura  meyvəsindən  hazırlanan məlhəmlər  yaman  ĢiĢlərin  müalicəsində  yaxĢı  təsir  göstərir. 


52 
 
Bu  ağacın  Ģirəsinin,  meyvəsinin,  toxumlarının  acımtıl  dada  malik  olmasına  baxmayaraq,  bəzi 
hallarda ondan qida kimi də istifadə edirlər. Maklyuranı geniĢ tədqiq edib onun açılmayan sirlərini 
aĢkar etmək lazımdır. Qiymətli təbii boyaq bitkisi hesab etmək olar.  
 

Yüklə 8,43 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   730




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin