eləcə də zəhərlənmə əleyhinə. 7 q quru doğranmĢ yarpaqları 1 stəkan qaynar suya tökün, 15-20
dəqiqə dəmləyib süzün. Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin. Bu üsulla
anemiya xəstəliyini də müalicə etmək olar.
Dalaq və piylənməyə qarşı. 1 xörək qaĢığı qurudulmuĢ yarpağı 1 stəkan qaynar suya tökün
və 10 dəqiqə dəmlədikdən sonra süzün. Aldığınız cövhərdən gündə 3 dəfə bir xörək qaĢığı daxilə
qəbul edin.
Saçı möhkəmləndirmək üçün. 2 xörək qaĢığı qurudulmuĢ gicitkən yarpaqlarını eyni
miqdarda ögey ana və dəvədabanı bitkisi ilə qarıĢdırıb 1 stəkan qaynar suya töküb dəmlədikdən
sonra süzün. Bu cür hazırlanmıĢ qatı cövhəri həftədə 1-2 dəfə tüklərin dibinə sürtün.
Saç tökülməsi zamanı. 100 q doğranmıĢ gicitkən yarpaqlarını 0,5 litr suya töküb üzərinə 0,5
stəkan sirkə əlavə edin. Məhlıılu 30 dəqiqə qaynadıb süzün. Aldığınız cövhərlə yatmazdan qabaq
saçınızı sabunsuz yuyun.
Gicitkən qiymətli boyaq bitkisidır. Hələ XIX əsrin axırları və XX əsrin əvvəllərində
gicitkənin yaĢıl hissəsindən yaĢıl boyaq «xlorofil» alınaraq, yeyinti və tibb sənayesində geniĢ
istifadə edilmiĢdir. Biz isə birinci dəfə olaraq gicitkənin yaĢıl yarpaqlarından və kök hissələrindən
boyaq ekstraktı almıĢıq. Bu ekstraktla yunu yaĢıl, yaĢıl-qonur, yaĢıl-qəhvəyi, yaĢıl-boz, yaĢıl-
zeytunu, zeytunu-yaĢıl, yaĢıl-sarı, sarımtıl, sarımtıl-narıncı, narıncı və s. rəng və çalarlara boyadıq.
Ümumiyyətlə 60-a qədər rəng və çalarlar almağa nail olduq.
Ġlk dəfə olaraq yeni texnologiya üsulları əsasında gicitkən yarpaqlarından yeyinti və spirtli
içkilər sənayesində böyük ehtiyac hiss edilən müalicəvi təsirə malik qiymətli yaĢıl rəngli boyaq
maddəsi aldıq. Aldığımız yeni yaĢıl rəngli boyaq maddəsi yeyinti məhsullarını boyamaqla yanaĢı,
onların tərkibini vitaminlərlə zənginləĢdirir. Bu boyaq maddəsi diĢ pastalarının, kosmetika
məhsullarının, tibb sənayesində dərman preparatlarının tərkiblərinə də daxil edilə bilər.
Hazırda kosmetika sahəsində gicitkəndən geniĢ istifadə edilir. Belə ki, ondan hazırlanan
cövhər, dəmləmə və vannalardan, krem və mazlardan dərinin xroniki yaralarının, çibanların,
qoturluq və ekzemaların müalicəsində istifadə olunur. Dəridə əmələ gələn düyün və qabarların
üzərinə yaxılır, yaradan gələn üfunətli iylərin aradan qaldırılmasında dezinfeksiyaedici vasitə kimi
iĢlədilir. Bundan əlavə toxumaların bərpa edilməsində, elastikliyin artırılmasında sıyıgından
iĢlədilir. Bir sıra xarici ölkələrdə yarpağından alınan Ģirəsindən tüklərin dibinin
möhkəmləndirilməsində, kəpəyin təmizlənməsində, cövhərindən isə daĢlaĢmaya qarĢı iĢlədilir, hem
de ziyili müalicə edirlər.
Gicitkəndən bir çox kosmetik vasitələr hazırlanıb xalqın istifadəsinə verilmiĢdir.