Qızdırma və mədənin müalicəsində. Gicitkənin kök hissəsini bərabər miqdarda sarımsaqla
qarıĢdırıb 1/5 nisbətində suya töküb, bir həftə dəmləyib, süzün. Sonra aldığınız cövhəri ağrıyan
nahiyəyə sürtün. Ağrı kəsənə qədər əməliyyatı davam etdirin. Bundan baĢqa cövhərdən bir xörək
qaĢığı qəbul edib qızdırmanın qarĢısını ala bilərsiniz.
Yarpaqlarından cövhərin alınması. 1 xörək qaĢığı quru, doğranmıĢ yarpaqlarından 1 stəkan
qaynar suya töküb 10 dəqiqə qaynatdıqdan sonra süzün. Aldığınız cövhərdən 1 xörək qaĢığı götürüb
gündə 3 dəfə yeməyə 20-30 dəqiqə qalmıĢ qəbul etməklə vərəm və ağ ciyər qanaxmalarının
qarĢısını almaq olar.
Qarın köpü, dispepsiya (mədə fəaliyyətinin pozulması), mədə qanaxmalarında, bağırsaq, mədə spazmalarında, qəbizlikdə, babasil, xolesistit və s. xəstəliklərin müalicəsində. 1 xörək qaĢığı
quru doğranmıĢ yarpağını 1 stəkan qaynar suya tökün, 20 dəqiqə dəmlədikdən sonra süzün.
Aldığınız cövhərdən gündə 3 dəfə 1 xörək qaĢığı qəbul edin.