Vitaminli çayın hazırlanması. Gicitkən yarpağı, itburnu meyvəsi və qırmızı quĢarmudundan
bərabər miqdarda götürün. Doğrayıb narın hala saldıqdan sonra qarıĢıqdan 2 xörək qaĢığı götürüb
0,5 litr qaynar suya tökün. Bir saat dəmlədikdən sonra süzüb 0,5 stəkan həcmində gündə 2-3 dəfə
qəbul edin.
Qızdırma (titrətmə) xəstəliyi aşağıdakı kimi müalicə olunur. DoğranmıĢ gicitkən kökünə
sarımsaq qatıb suda qaynadırlar. AlınmıĢ cövhər xəstənin bədəninə sürtülür və gündə 3 dəfə bir
xörək qaĢığı qəbul edilir.
Gicitkən toxumalarından hazırlanmıĢ cövhər insan və heyvanlarda əhval-ruhiyyəni artırır.
Ondan hazırlanmıĢ vanna isə məxmərək xəstəliyinə, tərləmə əleyhinə və günvurma nəticəsində
bədəndə əmələ gələn yanıqların müalicəsinə kömək edir.