Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli


Hamilə qadınlarda hipertenziyanın diferensiasiyasının alqoritmi



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix29.12.2016
ölçüsü0,78 Mb.
#3868
1   2   3   4   5

 

Hamilə qadınlarda hipertenziyanın diferensiasiyasının alqoritmi 

 

T



 

 



 

T

Hamilələrdə xroniki hipertenziya zamanı arterial təzyiqin 



yüksəlməsi hamiləliyin 20 həftəsindən  əvvəl qeyd olunur və 

doğuşdan 12 həftə keçdikdən sonra da davam edir. Əksinə, 

preeklampsiya-eklampsiya hamiləliyin 20 həftəsindən sonra 

yaranır. Eklampsiya preeklampsiyanın kəskinləşməsidir və 

qıcolmalarla xarakterizə olunur. Eklamptik qıcolmalar az 

hallarda, preeklampsiyalı qadınların təqribən 1%-ində rast 

gəlinir. 

 



T

Xroniki hipertenziyaya qoşulan preeklampsiya yeni əmələ gələn 

proteinuriya ilə (və ya mövcud proteinuriyanın qəflətən artması), 

hipertenziyanın kəskin artması ilə (bu şərtlə ki, proteinuriya 

Proteinuriya yoxdur 

və ya dəyişməzdir 

Yeni və ya artan 

proteinuriya, artan AT,  

və ya HELLP sindrom 

Proteinuriya 

var 

Arterial təzyiqi  



140/90 mm c.süt.-dan 

yüksək olan hamilə 

20 həftəliyədək 

hamiləlik 

20 həftədən artıq 

hamiləlik 

Proteinuriya 

yoxdur 


Xroniki  

hipertenziya 

Xroniki hipertenziyaya 

qoşulan preeklampsiya 

Preeklampsiya

Hamiləlik 

hipertenziyası 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

14



mövcuddur) və ya HELLP sindromunun meydana çıxması ilə 

xarakterizə edilir. Xroniki hipertenziyaya qoşulan preeklampsiya 

diaqnozu 

T

hamiləliyin 20 həftəsindən sonra qoyula bilər. 



 

Hamiləlik hipertenziyası diaqnozu o zaman qoyulur ki, 



hamiləliyin 20 həftəsindən sonra proteinuriya inkişaf etmədən 

AT yüksəlir və doğuşdan sonra təqribən 12 həftə  ərzində 

normaya düşür. Təqribən qadınların 25%-ində hamiləlik 

hipertenziyası proteinuriyaya gətirib çıxarır ki, bu da 

preeklampsiya ilə nəticələnir

TP

 

TP

 (C). 

E

T

klampsiyanın gedişi 

E

T

klampsiyanın gedişini 4 dövrə ayırmaq olar: 



1-ci 

T

dövr: başlanğıc (30 san.) 

 

Sifət  əzələlərinin, sonra yuxarı  ətrafların xırda fibrillyar 



dartınmaları 

 

Baxış bir tərəfə fiksasiya olub 



 

Bəbəklər genişlənib və göz qapaqlarının altına gedir, göz ağı 

görünür 

 

Boynu gərgindir  



 

Vidaci venalar şişir 

 

Trizm (dilini dişləyə bilər) 



2-ci 

T

dövr

T

: tonik qıcolmalar (30 san.) 

Bütün skelet əzələlərinin başdan, boyundan və yuxarı ətraflardan 

gövdəyə və qarına yayılan yığılmaları. 

 

Başı geriyə qatlanır, bəzən opistotonus müşahidə edilir 



 

Tənəffüs dayanır 

 

Sianoz sürətlə artır 



 

Xəstə huşunu itirir 

 

Nəbzi praktiki olaraq əllənmir 



Qısamüddətli olmasına baxmayaraq, bu ən təhlükəli perioddur, 

beynə qansızmadan qəflətən ölüm baş verə bilər. 



3-cü 

T

dövr

T

: klonik qıcolmalar (30 san. – 2 dəq.) 

 

Bədən  əzələlərinin sistemsiz yığılması – yuxarıdan aşağıya 



inkişaf edir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

15



 

Buna qədər hərəkətsiz, gərgin uzanan xəstə əlləri və ayaqları 

ilə hərəkət edərək, yataqda çırpınmağa başlayır. 

 

Tənəffüs hərəkətləri qeyd olunmur. 



 

Sifəti tünd qırmızı-göy rəngdədir. 



4-cü dövr: 

 

Qıcolmalar azalır və sona yetir 



 

Xəstə xırıltı ilə müşayiət olunan dərin, küylü nəfəs alır 

 

Ağzından köpük gəlir (çox vaxt qanlı) 



 

Tənəffüs müntəzəm olmağa başlayır 

 

Sianoz azalır 



 

Nəbzi bərpa olur 

 

Bəbəklər yavaş-yavaş daralır. 



Qıcolmadan sonra koma vəziyyəti gəlir. Hamilənin huşu 

aydınlaşdıqdan sonra retroqrad amneziya baş verdiyindən, qıcolmanı 

xatırlamır.  

Bəzən qadın komadan çıxmadan növbəti qıcolma başlayır. Bu hal 

“eklamptik status” adlanır. 

DİFFERENSİAL DİAQNOSTİKA 

Hamiləlik zamanı eklamptik qıcolmaları bu hallarla differensiasiya 

etmək lazımdır:

P

  

 

Birincili generalizə olunmuş epilepsiya 



 

Subaraxnoidal qansızma 



 

Hipoqlikemiya  



 

T



Trombotik trombositopenik purpura krizi 

 



Dölyanı maye ilə emboliya 

 



Mərkəzi venoz sinusun trombozu 

 



Su intoksikasiyası 

 



Feoxromositoma 

 



Lokal anestetiklərin toksik təsiri (məsələn, epidural) 

 



Dərman zəhərlənməsi 

Eklampsiya zamanı nevroloji pozğunluqların diaqnostikası 

məqsədilə Qlazqo şkalasından, daha dəqiq diaqnostika üçün isə onun 

Pittsburq modifikasiyasından istifadə olunur. Balların cəminə əsasən 

qiymətləndirmə aparılır (Əlavə 1)

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

16



MÜALİCƏ 

Ağır preeklampsiyanın müalicə prinsipləri 

Eklampsiya və  ağır preeklampsiyanın yeganə etiopatogenetik 

müalicəsinin əsasını hamiləliyin başa çatdırılması təşkil edir (A)

Eklampsiya və preeklampsiyalar zamanı hamilə qadının aparılma 

taktikasını  qıcolmaların profilaktikası  və müalicəsi, arterial təzyiqə 

nəzarət (A) və nəticə etibarı ilə, hamiləliyin başa çatdırılması təşkil 

edir (A).  

Qıcolmaların profilaktikası və müalicəsi 

Maqnezium-sulfat (Magnesium sulfate) ağır preeklampsiyanın və 

eklampsiyanın müalicəsində seçim dərman vasitəsidir  (A). 

Maqnezium-sulfat antikonvulsant olmasa da, olduqca güclü beyin 

vazodilatatorudur. O, qlutamat kanalından kalsiumun daxil olmasını 

blokada etməklə beyin damarlarının sıxılmasının qarşısını tamamilə 

alır. Maqnezium-sulfatın fizioloji üstünlüyü uşaqlıqda qan dövranını 

yaxşılaşdırmaqla dölə müsbət təsirindədir (A).  

Dərman vasitəsinin təyini zamanı  xəstədə maqnezium 

intoksikasiyası əlamətlərinin ciddi  monitorinqi aparılmalıdır.  

Tənəffüs və ya ürək dayanması yarada bilən əlamətlər: 

 

Diz reflekslərinin itməsi, 



 

Yuxululuq, 

 

Qeyri-aydın tələffüz



 

Əzələ zəifləməsi, 

 

Tənəffüsün depressiyası. 



Huşun səviyyəsi, tənəffüsün tezliyi və  dərinliyi, diz refleksinin 

səviyyəsi maqnezium-sulfat infuziya olunan müddətdə tez-tez qeydə 

alınmalıdır.  Əgər intoksikasiyaya şübhə yaranarsa, infuziya 

dayandırılmalıdır, tənəffüs pozğunluğuna  şübhə varsa – kalsium-

qlükonat (Calcium

P

 



P

gluconate) 1 qr. (10 ml 10%) V/D 10 dəqiqədən 

artıq müddətə yeridilməlidir (A)

T

Arterial təzyiqə nəzarət 

T

Antihipertenziv terapiya ağır preeklampsiyaların müalicəsində 



vacib komponentdir (A).

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

 

17



Antihipertenziv terapiya (Hidralazin və ya Labetalol (Dövlət 

qeydiyyatından keçməyib) və ya Nifedipin ilə) DAT 105-110 mm c. 

süt. və ya daha yüksək olduğu halda aparılmalıdır (C).  

Hidralazin  preeklampsiya/eklampsiya zamanı arterial təzyiqin 

tənzimlənməsi üçün effektiv vasitədir. V/D bolyus yeridildikdən 10 

dəq. sonra effekt qeyd edilir və 20 dəq. sonra maksimal həddə çatır. 

Təsir müddəti 6-8 saatdır. Hipotenziya, taxikardiya, tremor, baş 

ağrısı, ürəkbulanma, qusma kimi yanaşı  təsiri ola bilər ki, bu da 

yaxınlaşan eklampsiyaya bənzəyir. 

Antihipertenziv terapiya məqsədi ilə Labetalol V/D və Nifedipin 

SL daha çox istifadə edilməlidir (A). Effekt hidralazindən daha tez qeyd 

olunur, taxikardiya baş vermir, başqa yanaşı təsirlər də az təsadüf edir. 

Labetalol – ilkin doza  10 mq yavaş V/D bolyus yeridilir, sonra 

hər 10-20 dəq.-dən bir. Maksimal gündəlik doza 300 mq-a qədər və 

ya 1-2 mq/dəq. V/D infuziya. Təsiri 5 dəq. sonra başlayır, 

maksimuma 10-20 dəq. sonra çatır. 

Nifedipin (Nifedipine) – 5-10 mq dil altına  (A).  Əgər effekt 

yoxdursa, 10 dəq. sonra daha 5 mq SL. Maksimal doza 1 saata – 50 

mq və ya 120 mq/dl. Nəzərdən qaçırmaq olmaz ki, maqnezium-sulfat 

fonunda nifedipin kəskin hipotenziyaya və sinir-əzələ pozğunluğuna 

gətirə bilər. Nifedipin kalsium kanallarının blokadası ilə 

tromboksanın sintezini, trombositlərin aqreqasiyasını azaldır. 



İnfuzion terapiya taktikası 

Preeklampsiya/eklampsiya ürəyin yüksək vurma həcmi və 

yüksək ümumi periferik müqavimətlə müşayiət olunur. Bu zaman 

hemokonsentrasiya və plazmanın həcminin azalması 

və 

mərkəzləşməsi də mövcud olur. Həcmin artırılması ilə ana və döl 



tərəfdən ölüm hallarının azalması haqqında dürüst məlumat yoxdur. 

Beləliklə, infuzion terapiya olduqca ehtiyatla aparılmalıdır ki, kəskin 

ağciyər və ya beyin ödemi baş verməsin (D).  

Maye yeridilməsi 1-2 ml/kq/saat sürətilə sidik ifrazına ciddi 

nəzarət etməklə aparılmalıdır və adi halda ümumi infuziyanın 

miqdarı 80 ml/saat sürəti ilə (C) və ya əvvəlki saatda olan diurezə 30 

ml əlavə etməklə məhdudlaşdırılmalıdır (D) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

18



Qıcolmaların 

profilaktikası 

və müalicəsi 

Arterial təzyiqin 

tənzimlənməsi 

(A) 

Hamiləliyin təhlükəsiz 

başa çatdırılmasının 

təmin edilməsi 

Fəsadların 

profilaktikası 

və müalicəsi 

Ağır preeklampsiya və eklampsiya zamanı  

təxirəsalınmaz 

T

yardımın əsas istiqamətləri

 

 



 

 

 



T

Preeklampsiyanın müalicəsində başlıca prinsip hamiləliyin 

başa çatdırılmasıdır 

T

(A)

T

.



Doğuş vaxtının müəyyən edilməsində ana və döl tərəfdən risk 

nəzərə alınır. Bununla yanaşı doğuş üsulunun seçilməsi vacib 

amillərdən biridir. 

T

Keysəriyyə  əməliyyatının  əlavə stress 



faktorlarından yayınmaq məqsədi ilə mümkün qədər vaginal doğuşa 

üstünlük verilməlidir.  Əgər keysəriyyə  əməliyyatı aparılması 

qaçılmazdırsa, ana üçün riski azaltmaq məqsədi ilə regional 

anesteziyaya üstünlük verilməlidir. Koaqulopatiya əlamətləri 

regional anesteziyanın aparılmasına əks-göstərişdir.

Doğuşu təcili başa çatdırmaq üçün digər göstərişlər olmadıqda 



(qanaxma) hemodinamikanı sabitləşdirmək (AT 170/110 mm.c.süt-

dan aşağı), başağrılarını aradan qaldırmaq, qıcolma  əleyhinə  tədbir 

görmək, diurezi artırmaq məqsədilə 12-24 saat ərzində intensiv 

müalicə aparılır. Doğuş (cərrahi və ya konservativ) yerinə yetirilən 

müalicə  tədbirlərinin müsbət effekti fonunda aparılır.  Əgər AT 

normallaşmırsa (<140/90 mm.c.süt) və AT göstəricisi 170/110 

mm.c.süt-dan aşağıdırsa, hipotenziv terapiyanı güclü periferik 

vazodilatatorlarla qüvvətləndirmək lazım deyil (nitroqliserin, 

hidralazin). Bu dərman vasitələri yalnız digər vasitələrlə aradan 

qalxmayan hipertonik kriz (AT 170/110 mm c.süt.-dan artıq) zamanı 

istifadə olunur.  

Xəstənin vəziyyəti pisləşdikdə (arterial təzyiqin 170/110 mm 

c.süt.-dan yuxarı qalxması, başağrılarının güclənməsi, qıcolmaya 

hazırlığın və ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrının qeyd 

olunması) – hamiləlik təcili başa çatdırılmalıdır. 



Ağır preeklampsiyaların bazis müalicəsi 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

19



Manipulyasiyalar: 

 



Periferik venanın kateterizasiyası  

 



Sidik kisəsinin kateterizasiyası, sidik ifrazına dinamik (hər saat) 

nəzarət 


Müayinə 

İnstrumental nəzarət: 

 

AT, ÜYT  



 

Ürəyin monitorinqi 

 

Davamlı pulsoksimetriya (SpO



B

2

B



(D) 

 

Dölün ÜYT və ürək fəaliyyətinin kardiotokoqrafik 



monitorinqi (B) 

 

Baş beyin damarlarının transkranial dopplerometriyası 



(mümkün olduqda) 

Laborator nəzarət: 

 

Hemoqlobin 



 

Ümumi zülal 

 

Trombositlərin sayı, protrombin indeksi, fibrinogen, qanın 



laxtalanma müddəti 

 

Qalıq azot, kreatinin 



 

Günlük sidikdə proteinuriyanın səviyyəsi (əgər klinik 

situasiya təcili yoxlanılmasını tələb etmirsə) (D) 

Tədbirlər: 

 

Davamlı oksigenasiya 



 

Maqnezium-sulfat V/D 2 q/saat sürətlə  ən azı doğuşdan 24 

saat sonraya qədər (A)  

 

Hemodinamikanı idarə etməklə arterial təzyiqin sabitləşdirilməsi: 



Labetalol  (A)  və ya Hidralazin (A)  və ya Nifedipin (A)  və ya 

Natrium-nitroprussid (dövlət qeydiyyatından keçməyib) 

 

Benzodiazepinlər (diazepam) (B) 



 

Barbituratlar: natrium-tiopental V/D  (С),  fenobarbital – 0,2 

q/sut. (B) 

 

İnfuzion terapiya (kristalloidlər) (С) 



 

Ağır preeklampsiyaların bazis müalicəsində istifadə edilən 

dərman vasitələri və tətbiq etmə dozaları 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

20



Dərman vasitələri Doza 

Qıcolmalara nəzarət 

Maqnezium-sulfat (A) 

3-4 qr yavaş V/D bolyus 5 dəqiqədən 

artıq müddətdə, sonra 1-1,5 qr/saat 

sürətlə V/D infuziya 

Diazepam (C) 

və ya 

 

Lorazepam dövlət 



qeydiyyatından keçməyib) 

5-10 mq yavaş V/D bolyus – 1 dəfə 



(B) 

 

2-4 mq yavaş V/D bolyus – 1 dəfə 



Natrium-tiopental (C)  

50-100 mq v/d 



Arterial təzyiqə nəzarət 

Labetalol (A) 

10 mq yavaş V/D bolyus, hər 10-20 

dəq. Maksimum ümumi 300 mq-a 

dək və ya 1-2 mq/dəq. V/D infuziya 

və ya 


 

Hidralazin (A) 

5 mq yavaş V/D bolyus hər 20-30 

dəq. 


və ya  

 

Nifedipin (A) 



80 mq/sut. daxilə və ya 5-10 mq/sut. 

V/D ÜYT nəzarət etməklə 

və ya 

 

Natrium-nitroprussid  



İlkin: 0,3-1 mkq/kq dəqiqədə, orta 

hesabla 3 mkq/kq dəqiqədə və 

maksimum 8 mkq/kq dəqiqədə 

sürətlə V/D infuziya 



Mayelər 

Kristalloidlər (С) 

1-2 ml/kq/saat sürətlə diurezə nəzarət 

etməklə və ya əvvəlki saatdakı 

diurezə 30 ml əlavə etməklə 

məhdudlaşdırılmalıdır (D) 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin



İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.

 

 

21



PREEKLAMPSİYANIN FƏSADLARININ MÜALİCƏSİ 

Serebrovaskulyar fəsadlar 

Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq: 

1.

 



Ocaqlı simptomatika (parez, iflic, anizokoriya) və ya koma qeyd 

olunduqda – təcili neyrocərrahi müdaxiləni istisna etmək məqsədi 

ilə – MRT və ya KT. 

2.

 



Huşu aydın olduqda – ağır preeklampsiyaların bazis müalicəsi.  

3.

 



Baş  ağrıları, fotopsiya, paresteziya, qıcolmaya hazırlıq meydana 

çıxdıqda 6 saat ərzində preeklampsiyanın kompleks intensiv 

terapiyası aparılır və doğuşu başa çatdırmaq məsələsi həll olunur. 

Baş beyin damarlarının spazmasını aradan qaldırmaq məqsədilə 

istifadə olunur: 

 



Maqnezium-sulfat 2 q/saat (A);  

 



Aminofillin 240-480 mq V/D;  

 



Nimodipin – V/D damcı üsulu ilə. 1mq (5 ml 0,02%-li məhlul) 2 

dəfə 1 saatda. 

Baş beyin damarlarında spazma qeyd olunmadıqda intensiv 

terapiya 12-24 saat ərzində aparılır və müalicə müsbət nəticə verərsə

hamiləliyi başa çatdırmaq məsələsi həll olunur. 

Qıcolma tutması – eklampsiya zamanı 

Manipulyasiyalar: 

 



Tənəffüs yollarının keçiriciliyini və yüksək miqdarda  oksigen 

verilməsini təmin etmək və ya azot oksidi ilə narkoz 

 

Sağ böyrünün altına yastıq qoyulması və ya  sol-yan vəziyyətdə 



uzadılması vacibdir (D) 

 



Vena daxilinə etibarlı, kifayət qədər keçiriciliyə malik kateterin 

qoyulması  

 

Qıcolmalara nəzarət.  İlkin 4 q maqnezium-sulfat 5-10 dəq. 



müddətində V/D yeridilməli və  qıcolmadan sonra azı 24 saat  

müddətində 1-1,5 q/saat sürətlə davam etdirilməlidir (C). Təkrar 

qıcolmalarda ya 2 q maqnezium-sulfatın bolyus V/D yeridilməsi, 

ya da infuziyanın sürətinin 1,5-2 q/saata qədər artırılması 

lazımdır (A). Təkrar qıcolmalarda alternativ olaraq diazepam və 

ya natrium-tiopental istifadə etmək olar (yalnız 1 doza, çünki 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

 

22



təkrar istifadə ana ölümü riskini artırır)  (C). Qıcolmalar davam 

edərsə, intubasiya etmək lazımdır (B).  

 

Hipertenziyaya nəzarət (ağır preeklampsiyaların bazis 



müalicəsinə uyğun). 

 



Həyati vacib funksiyaların monitorinqi: AT, EKQ, RR, SaO

B

2



B

 və 


dölün ürək vurğularının sayı. 

 



Hamilənin vəziyyətinin Qlazqo və ya Qlazqo-Pittcburq şkalası ilə 

qiymətləndirilməsi. 

Ümumi beyin və ya ocaqlı nevroloji simptomatika müşahidə 

olunduqda, arterial hipertenziya artdıqda  (170/110 mm c.süt.-dan 

artıq) – taktika eynidir.  

Eklampsiya zamanı ASV rejimi:  qıcolma sindromunda total 

mioplegiya şəraitində CMV, qıcolma olmadıqda və spontan tənəffüs 

bərpa olunduqda – SİMV. Arterial pO

B

2



B

 30-40 mm c.süt., FiO

B

2

B



 0,3-0,4 

həddində saxlanılır. 



Doğuşdan sonra:  Əgər doğuş ümumi anesteziya fonunda 

keçmişdirsə,  əməliyyatdan dərhal sonra Qlazqo və ya Qlazqo-

Pittsburq  şkalası ilə nevroloji statusu qiymətləndirmək lazımdır 

(miorelaksantların və sedativ vasitələrin verilməsi dayandırılır). 

Xəstənin huşu bərpa olunduqda və  qıcolmaya hazırlıq qeyd 

olunmadıqda V/D maqnezium-sulfatın yeridilməsi fonunda ASV 

dayandırılır. 

Komatoz vəziyyət və  qıcolmaya hazırlıq saxlanıldığı halda: 

ASV CMV rejimində davam etdirilir. Miorelaksantların və bütün 

sedativ dərman vasitələrinin təyini dayandırıldıqdan sonra 24 saat 

ərzində xəstənin huşu bərpa olunmadığı vəziyyətdə nevroloqun və ya 

neyrocərrahın məsləhəti, maqnit-rezonans və ya kompüter 

tomoqrafiyanın aparılması tələb olunur. 



Ürək-qan damar pozğunluqları 

Ağır preeklampsiyaların bazis müalicəsinə əlavə olaraq: 

1.

 



Vurğu həcminin, qan dövranının dəqiqəlik həcminin, ümumi 

periferik damar müqavimətinin təyin edilməsi.  

2.

 

DAT 110 mm c.süt.-dan yüksək və ya SAT 160 mm c.süt.-dan 



yüksək olduqda hipotenziv terapiya aparılır (A):  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 

 

23



 

Labetolol 200-300 mq-dək damcı üsulu ilə (A) 



 

Hidralazin hipotenziv effekt alınana qədər 5 mq olmaqla hissə-



hissə və ya 20 mq V/D damcı ilə (günə 60 mq) (A) 

 



Klonidin (Clonidine) 150 mkq enteral və ya 300 mkq əzələ 

daxilinə 

 

Natrium-nitroprussid V/D damcı ilə – başlanğıc doza 8-400 



mkq/dəqiqə 

 



Atenolol 25-100 mq/gün və ya anaprilin 10-20 mq per-os, ÜYT 

dəqiqədə 100-dən artıq olduqda. Bununla belə atenolol və 

diuretiklərin istifadəsindən mümkün qədər çəkinmək lazımdır (C)

Preeklampsiya nə  qədər ağırdırsa, AT-nin doğuşa qədər çox 

enməsi (140/90 mm c.süt.-dan aşağı) bir o qədər təhlükəlidir. 

Xroniki arterial hipertenziya zamanı – AT-nin sabitləşdirilməsi. 

Lakin AT-nin çox aşağı düşməsinə imkan vermək lazım deyil. 

3.

 



DAT 90 mm c.süt.-dan yüksək, 110 mm c.süt.-dan aşağı olduğu 

halda hipotenziv müalicə: 

 

Nifedipin 120 mq/gün, nimodipin 240 mq/gün (С)  



 

Metildopa (Methyldopa) – 500-2000 mq/gün daxilə (В) 

 

Drotaverin (Drotaverine, No-spa) – 6 ml/gün  



 

Aminofillin (Aminophylline), eufillin – 240-480 mq/gün  

 

Maqnezium-sulfat V/D 1-2 q/saat (A)  



Hamiləliyin istənilən müddətində hipotenziv müalicənin 

səmərəsizliyi hamiləliyin təxirə salınmadan pozulmasına əsas verir. 



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin