Rəqabət işgüzar münasibətlər subyektlərinin hər birinin iqtisadi potensialının
reallaşdırılmasına dair suveren hüquqa əsaslanır, bu da labüd olaraq onların
arasında toqquşmaya gətirib çıxarır. Belə ki, sahibkarların qarşısında qoyulan
məqsədlərə nail olmaq, adətən digər işguzür adamların mənafelərinin pozulması ilə
və ya bu maraqlara xələl gətirməklə baş verir. Başqa sözlə, müasir sivilizasiyalı
bazar iqtisadiyyatı şəraitində rəqabət «tələb deyil, iştirak etmək zərurətidir»
prinsipi üzrə olan vəziyyət deyildir. Buna görə də sahibkarlar arasındakı rəqabəti
(yeni, daha səmərəli əmtəə və xidmətlərin, yeni ideyaların, yeni ixtiraların irəli
sürülməsi kimi dəqiq təsəvvür etmək lazımdır. Həyat göstərir ki, məhz rəqabətə
görə və onun əsasında bazar iqtisadiyyatlı dövlət daha intensiv irəliləyişi ilə
xarakterizə olunur.
Rəqabət bazar iqtisadiyyatının konstruksiyalarının vacib elementidir.
Sahibkarlar arasında rəqabətin labüdlüyü müasir bazarda alıcıların satıcılar
üzərində üstünlüyü ilə əlaqədardır. İstehlakçıların tələblərini ödəməyə çalışmaqla
sahibkarlar istehlakçıların «imkanma» görə qarşılıqlı rəqabətə girərək, özlərinin
iqtisadi suverenitetliyini reallaşdırırlar.
Bazar iqtisadiyyatı şəraitində üç rəqabət tipi fərqlənir: