Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə81/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   77   78   79   80   81   82   83   84   ...   90
YourFileName

ehtiyacları üçün (6-8) 
İstehlakçılara  buraxılan  faydalı  suyun  miqdarını  aşağıdakı  düsturla  da 
hesablamaq olar: 
Kanalizasiya üzrə.
 Planlarda kanalizasiya təsərrüfatı üzrə kanalizasiya şəbəkəsi 
və  baş  kollektorların  uzunluğu,  şəbəkəyə  birləşmələrin  miqdarı,  təmizləyici 
qurğulardan  buraxılan  çirkab  suyun  miqdarı,  gəlir  və  xərclər  smetası  kimi  əsas 
göstəricilər müəyyən edilir. 
Bu  sahədə  istifadə  olunan  hesablanan  göstəricilərə  daxildir:  kanalizasiya 
şəbəkəsi  uzunluğunun  su  kəməri  uzunluğuna  nisbəti,  kanalizasiya  şəbəkəsi 
uzunluğunun  küçələrin  ümumi  uzunluğuna  nisbəti,  kanalizasiya  sistemi  olan 
evlərdə  yaşayan  əhalinin  cəmi  əhaliyə  nisbəti,  çirkab  su  axıdılması  əmsalı  (su 
kəmərindən buraxılan suyun miqdarının axıdılan çirkab həcminə nisbəti). 
Kanalizasiya planının əsas göstəricisi baş kollektorlardan çirkab su buraxılışı 
(min  m^-lə)  və  mövcud  gücə  müvafiq  olaraq  təmizləyici  qurğularda  onun 
işlənməsidir.  Kanalizasiyanın  istehsal  gücu  dedikdə,  kanalizasiya  qurğuları  və 
avadanlıqlarından  tam  istifadə  etməklə  maksimum  miqdarda  çirkab  suyun 
buraxı
lm
ası mümkünlüyü nəzərdə tutulur. Kanalizasiyanın buraxıhş qabiliyyəti baş 
kollektorlara və rayon stansiyalarına, təmizləyici qurğulara əsasən müəyyən edilir. 
Kanalizasiya  ilə  axıdılaçaq  çirkab  suyun  (su  buraxıhşımn)  miqdarı  kanalizasiya 
şəbəkəsinə  birləşdirilmiş  ev  və  müəssisələrin  istehlak  etdikləri  suyun  miqdarı  ilə 
müəyyən olunur. 
Elektrik  stansiyaları  və  şəbəkəsi  üzrə.  Kommunal  təsərrüfatının  bu  sahəsinə 
kommunal  elektrik  stansiyaları  və  elektrik  sistemlərindən  alınıb  şəhər  və  başqa 
yaşayış  məntəqələrini  elektrik  enerjisi  ilə  təchiz  edən  kommunal  elektrik 
stansiyaları  və  elektrik  şəbəkələri  aiddir.  Elektrik  stansiyaları  üzrə  hasiletmə  və 
realizasiya  planı  -  aqreqatların  müəyyən  edilmiş  gücu və iş  saatlarının  miqdarına 
əsasən müəyyən olunur. Elektrik stansiyaları və şəbəkələrinin istehsal proqramının 
əsas göstəriciləri aşağıdakılardır: 
- Elektrik stansiyaların ortaillik müəyyən olunmuş gücu. Bu göstərici ilin əvvəlinə 
mövcud gücu istifadəyə veriləcək ortaillik güclə 
cəmlənib sıradan çıxaçaq ortaillik gücu çıxmaq yolu ilə müəyyən olunur. 

Müəyyən  edilmiş  gücdən  istifadə  əmsalı  (əmsalı  hesablamaq  üçün  illik 
faktiki iş saatlarmm miqdarım 8760 saata bölmək lazımdır). 

Enerji istehsahn həcmi (bunu hesablamaq üçün stansiyanın ortaillik gücunu, 
onun iş saatlarının miqdarına vurmaq lazımdır). 

Xüsusi  ehtiyatlar  üçün  enerji  istehlakı  (bu  istehsal  olunmuş  enerjinin 
miqdarına görə müəyyən olunur). 

Qurşaqlara verilən enerjinin miqdarı (3-4). 

Kənardan alınan enerjinin miqdarı. 

Bolgü üçün şəbəkəyə verilən elektrik enerjisinin miqdarı (5+6). 

Şəbəkədə itki və nəzərdə tutulmayan elektrik enerjisi məsrəfləri. Bu, verilən 
enerjinin miqdarına görə faizlə hesabla
nır


İstehlakçılara verilən enerjinin miqdarı (7-8). 


Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin