Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Əhaliyə məişət xidmətlərinin planlaşdırılması



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə83/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   79   80   81   82   83   84   85   86   ...   90
YourFileName

7.4.Əhaliyə məişət xidmətlərinin planlaşdırılması 
 
 
 
Azərbaycan  Respublikasında  həyata  keçirilən  islahatların  nəticəsi  olaraq 
əhaliyə  məişət  xidməti  sahəsində  də  mülkiyyət  və  keyfiyyət  dəyişiklikləri  baş 
vermişdir.  Bu  sahə  xalq  təsərrüfatının  digər  sahələrindən  fərqli  olaraq  əhalinin 
sifarişləri əsasında iş və xidmətləri yerinə yetirir. Sahənin mühüm vəzifəsi əhalidə 
olan  məmulatların  istehlak  dəyərlərini  bərpa  etmək,  həmçinin  fərdi  sifarişlə  yeni 
məmulatlar istehsal etməkdən ibarətdir. 
Yeni  məmulatların  istehsalı  hər  şeydən  əvvəl  kütləvi  istehsal  hesabına 
istehlak  tələbini  ödəməyin  mümkün  olmaması  ilə  əlaqədardır.  Daha  doğrusu, 
alıcının  (sifarişçinin)  fərdi  zövqü  ilə  kütləvi  istehsal  olunan  məmulatın  forma  və 
ölçülərinin  uyğun  gəlməməsi,  eyni  zamanda,  kütləvi  istehsal  hesabına  əhalinin 


  
tələbatının  tam  ödənilmə-  məsi,  əhahyə  məişət  xidməti  müəssisələrində  müxtəlif 
məmulatlar istehsalı zəruriyyətini doğurur. 
 
Ümumiyyətlə,  600-ə  qədər  adda  xidmət  və  iş  növü  üzrə  əhaliyə  xidmət 
göstərilir. Bunlar aşağıdakı ki
mi
 qruplaşdırılır: 

ayaqqabi təmiri; 

fərdi ayaqqabı tikişi; 

tikili  və  dəri  məmulatlarının,  baş  geyimlri  və  toxuculuq-qalan-  tereya 
məmulatları
n
ı
n
 tə
mi
ri; 

tikili,  xəz  və  dəri  məmulatlarının,  baş  geyimlərinin  və  toxuculuq 
qalantereyasımn fərdi tikişi; 

Trikotaj məmulatlarının fərdi toxunması və tikişi; 
-Məişət  maşın  və  cihazlarının  təmiri,  metal  məmulatlarının  hazırlanması  və 
təmiri,  o  cümlədən:  televizorların,  radiocihazların,  soyuducuların,  tozsoranların, 
paltaryuyan  və  tikiş maşınlarının və s. təmiri, saatların  təmiri, digər  məişət  maşın 
və cihazların təmiri; 
Vətəndaşlara məxsus nəqliyyat vasitələrinin təmiri və texniki xidməti; 

Mebel təmiri; 

Mebel istehsalı; 

Kimyəvi təmizləmə və rəngləmə; 
-Tam və ya hissə-hissə mexanikləşdirihniş camaşirxanalarm xidmətləri; 

Fotoqrafiya və foto laboratoriyaların xidmətləri; 

Əhalinin sifarişi ilə mənzil tikintisi və təmiri; 

Hamam və duşların xidmətləri; 

Bərbərxana xidmətləri; 

Kirayə məntəqələrinin xidmətləri; 
-Nəqliyyat xidmətləri; 
-Kənd təsərrüfatı məhsulları emalı uzrə xidmətlər; 

Dəfn xidmətləri; 

Digər xidmət növləri. 
Ölkəmizdə  əhali
n
i
n
  maddi,  sosial-mədəni  nemətlər  istehlakı  səviyyəsi 
yüksəldikcə  və  strukturu  dəyişdikçə  xidmətlərə  tələbat  da  dəyişir.  Bir  sıra 
xidmətlərə tələbat sürətlə artır, digərləri isə, nisbətən azalır. 
Əhaliyə məişət xidməti
n
i aşağıdakı istiqamətlərdə inkişaf etdirmək olar: 

muxtar  respubhkalarm  və  vilayətlərin  paytaxtlarında,  iri  və  or-  tahəcmli 
şəhərlərdə  sahə  prinsipində  ixtisaslaşdırılmış  müəssisə  və  istehsal  birlikləri 
yaratmaq; 

hər bir vilayət mərkəzində, muxtar respublikanın paytaxtında, iri şəhərlərdə 
yüksək  xidmət  mədəniyyətinə  malik,  qabaqcıl  təcrübəni,  mütərəqqi  texnoloji 
proseslərin  tətbiqini  təbliğ  edə  bilən,  istehsal  proseslərinin  mexanikləşməsi  və 
avtomatlaşdırılması  səviyyəsinə  görə  seçilən  xidmət  mərkəzləri  kimi  məişət 
müəssisələri
n
i təşkil etmək; 

fəhlə 
qəsəbələrində 
və 
şəhərlərdə  əhalidən  sifariş  qəbul  edib 
ixtisaslaşdırılmış müəssisələrə göndərən qəbul məntəqələri təşkil etmək; 

kiçik  şəhərlərdə  və  kənd  yerlərində  tərkibində  ixtisaslaşdırılmış  sexlər, 
emalatxanalar  və  atelyelər  olan  məişət  xidməti  kombinatları  şəbəkəsini 
genişləndirmək; 


  

əhaliyə məişət xidməti müəssisələrində abonement xidməti, sifarişlə evlərə 
xidmət, müəssisələrdə, idarələrdə, ali və orta ixtisas məktəblərində, yataqxanalarda 
sifarişlər  qəbul  etmək,  nümunələr  üzrə  sifarişlər  qəbul  etmək,  sifarişləri  evə 
gətirmək və s. mütərəqqi xidmət formalarını intensiv inkişaf etdirmək

sahənin idarə edilməsini təkmilləşdirmək; 

əhaliyə  məişət  xidməti  müəssisələrini  xüsusi,  kollektiv  mülkiyyətə 
keçirmək; 

əhalinin  məişət  xidmətlərinə  istehlak  tələbatını  tam  öyrənmək  yolu  ilə 
müəssisələrin,  birliklərin  və  nazirliklərin, konsernlərin,  depor- tamentlərin  işləyib 
hazırladığı planların əsaslandırılması səviyyəsini yüksəltmək; 
- əhaliyə məişət xidməti müəssisələrində istifadə olunan texniki-iqtisadi 
göstəricilər sistemi
n
i təkmilləşdirmək. 
Əhalinin  istehlak  tələbini  tam  öyrənmək  üçün  ayrı-ayrı  modellər  üzrə 
məmulatları  mövsüm  üzrə  təmirə  daxil  olmaları  və  s.-  müşahidə  etmək  lazımdır. 
Əhalinin  pul  gəlirləri  və  xərclərinin  strukturunu  və  səviyyəsini  xarakterizə  edən 
hesabat məlumatlarını təhlil etməklə ev şəraitində fərdi şəxslərin yerinə yetirdikləri 
işlərin və müxtəlif xidmətlərin həcmi müəyyən edilir. 
Xidmətlərə  tələbata  təsir  göstərən  amilləri  aşkara  çıxarmaq,  öyrənmək  və 
təhlil  etmək  üçün  iqtisadi-riyazi  metodlardan  istifadə  etmək,  modelləşdirməni 
tətbiq etmək laz
ım
dır. 
Əsas növlərdə iş və xidmətlərə tələbatı planlaşdırarkən əhalinin tələbi, yerli, 
milli, mövsümi və başqa xüsusiyyətlər nəzərə alınır. 
Məişət xidmətlərinə tələbatı müəyyən edən aşağıdakı amillər təklif edilir: 

iqtisadi-maddi  istehsalın  və  əməyin  ərazi  bölgüsünün  inkişaf  səviyyəsi, 
xidmətlərə  qiymətlərin  səviyyəsi  və  nisbəti,  əhalinin  pul  gəlirləri  və  onların  ayrı-
ayrı, əhali qrupları arasında bölüşdürülməsi, əhalidə uzun  müddət istifadə olunan 
əşyaların mövcudluğu və s.; 

sosial-cəmiyyətin  sosial  strukturu.  Mədəniyyətin  inkişaf  səviyyəsi,  milli  və 
məişət  xüsusiyyətləri  və  ənənələri,  sosial  tə
mi
nat  və  ictimai  istehlak  fondlarının 
inkişafı  sahəsində  dövlət  siyasəti.  İstehlakçıların  zövqlərinin  formalaşması  üzrə 
cəmiyyətin tərbiyəvi fəaliyyəti, moda və s.; 

demoqrafık-regionda  əhalinin  sayı,  şəhər  və  kənd,  kişi  və  qadın,  əhali 
qrupları arasında nisbətlərin dəyişilməsi, müxtəlif yaş qrupları arasında nisbətlərin 
dəyişilməsi, ailələrin sayı və tələbatının dəyişilməsi, əhalinin yerləşməsi və s.; 

təbii-iqlim  -  müxtəlif  regionların  coğrafi  yerləşməsi,  iqhmin  ilin  müxtəlif 
fəsillərində davametmə müddəti və s.; 
Bu  amillərə  əsaslanaraq  rayonda,  şəhərlərdə.  Muxtar  Respublikada  əhaliyə 
məişət  xidmətinin  inkişaf  planlarını  işləyib  hazırlayarkən  aşağıdakı  ilk 
məlumatlardan istifadə olunur: 

bazis dövründə əhaliyə xidmətin səviyyəsi; 

bazis dövründə məişət xidmətində bir nəfərə düşən xidmətin həcmi

bir nəfərə düşən xidmətin həcmi ilə hər bir xidmət növünə əhalinin tələbatı; 

bu  rayonda  əhalinin  bir  nəfərinə  düşən  xidmətin  səviyyəsi  ilə  qonşu 
rayonların  səviyyəsinin  müqayisəsi  (sahə  düzəliş  qiymət  əmsallarını  tətbiq 
etməklə); 

əhalidə  təmirə  və  ya  emala  ehtiyacı  olan  əşyaların  miqdarı,  planlaşdırılan 
dövrdə ticarət şəbəkəsi vasitəsilə onların satışının artması proqnozları; 


  

əhalinin  bu və  ya  başqa növlərdə xidmətlərə tələbi,  ailə  büdcəsi  və ödəmə 
qabiliyyəti. 
Bu  halda  nəzərə  almaq  lazımdır  ki,  tikiş  və  yeni  məmulatların  hazırlanması 
(paltar  və  ayaqqabın  fərdi  tikişi,  əhalinin  fərdi  sifarişi  ilə  trikotaj  məmulatı  və 
mebelin hazırla
n
ması və s.) ticarət şəbəkəsində bu cür məmulatların mövcudluğu, 
onların keyfiyyəti, müasir modalara müvafıqliyi kimi amillərdən xeyli asılıdır. 
Bunun üçün aşağıdakı məsələləri dərindən tədqiq etmək lazımdır: 

əhaliyə məişət xidməti müəssisələrinin maddi-texniki bazasının vəziyyəti və 
inkişaf etdirilməsi imkanları; 

şəhər və kənd yerlərində müəssisə və qəbul məntəqələri şəbəkəsinin inkişaf 
etdirilməsi imkanları. 
Əhaliyə  məişət  xidməti  inkişafı  göstəricilərinin  planlaşdırılması  prosesində 
aşağıdakı məsələləri də mütləq nəzərə almaq lazımdır: 

optimal 
həcmdə 
istehsalın  daha  dərindən  ixtisaslaşdırılması  və 
iriləşdirihnəsi.  Məişət  xidməti
n
i
n
  sənayeləşdirihnəsi,  iri  müəssisələrlə  yanaşı, 
müasir avadanlıqlarla təchiz olunmuş orta və nisbətən kiçik həcmli müəssisələrin 
də  saxlanılması  və inkişaf  etdirilməsi  zəruriyyə-  tini  inkar  etmir. Rayon, şəhər və 
kənd yerlərində onların təbii-iqtisadi şəraiti, rayon və şəhərlərlə kəndlərin əlaqələri, 
nəqhyyatm  inkişafı,  əhalinin  sosial  tərkibi,  mədəni  inkişaf  səviyyəsi,  əhahnin 
mexa
n
iki hərəkəti və  s. amillərlə  əlaqədar  məişət xidməti  müəssisələrinin optimal 
həcmi fərqlənə bilər; 

məişət  xidməti  müəssisələrinin  maddi-texniki  bazası
n
ı
n
  maksimum 
möhkəmləndirilməsi,  işlərin  mexanikləşdirilməsi,  əməyin  və  istehsalın  təşkilinin 
yeni formalarının ardıcıl həyata keçirilməsi

mövcud  əmək  ehtiyatlarından  səmərəh  istifadə  edilməsi,  məişət  xidməti 
müəssisələrinin  ali  və  orta-ixtisas  təhsilli  mütəxəssislərlə  təmin  edilməsi,  bütün 
ixtisaslar üzrə fəhlələrin ixtisasının daim artırılması; 

şəhər yerlərinə nisbətən kəndlərdə əhaliyə məişət xidmətinin üstün inkşafı; 

sürətlə inkişaf edən rayonlarda həm şəhər və həm də kənd yerlərində əhaliyə 
məişət xidmətinin daha sürətlə inkişafı; 

əhaliyə  xidmət  mədəniyyətini,  işlərin  keyfiyyətini  yüksəltmək  və  onların 
yerinə yetirilməsi müddətləri
n
i qısaltmaq. 
Bütün  qeyd  olunan  a
mi
llərin  məcmun  əhaliyə  məişət  xidmətinin  inkişafı 
planlarının layihələrini işləyib hazırlayarkən nəzərə almaq lazımdır. 
Əhaliyə  məişət  xidmətinin  inkişafı  planının  işlənib  hazırla
nm
ası  və 
əsaslandırılmasında  balans,  əhalinin  anket  sorğusu  müşahidə  metodlarından 
istifadə olunur. 
Planlaşdırmada  əhahnin  hər  nəfərinə,  1000  nəfərə,  10000  nəfərə  müxtəlif 
xidmət növləri normaları, dəyər ifadəsində adambaşına məişət xidmətinin və ayrı-
ayrı  xidmət  növlərinin  həcmi  norması,  müxtəlif  məhsul,  məmulat  və  cihazların 
təmiri normaları və s. istifadə olunur. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin