Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Səhiyyənin inkişafının planlaşdırılması



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə84/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   80   81   82   83   84   85   86   87   ...   90
YourFileName

 
7.5.Səhiyyənin inkişafının planlaşdırılması 
 
İnsanların  sağlamhğımn  qorunması  sosial  proqrarmn  tərkib  hissəsidir.  Son 
illərdə  müstəqil  Azərbaycan  Respublikasında  səhiyyə  sisteminin,  tibbi  sığortanın, 


  
pullu  səhiyyə  xidmətinin,  əczaçıhğm  inkişafı  və  s.  haqqında  qanunlar  və 
qanunvericilik aktları qəbul olunmuş, vəzifələr müəyyən edilmişdir. 
Həmin  vəzifələrin  yerinə  yetirilməsi  üzrə  yerli  dövlət  hakimiyyəti 
orqanlarının,  yəni  bələdiyyələrin,  icra  hakimiyyətlərinin  səlahiyyətləri  xeyli 
genişləndirilmişdir. 
Səhiyyə,  nəinki  təkcə  sosial  məsələlərin,  həmçinin  iqtisadi  vəzifələrin 
kompleks  həlli
n
də  də  böyük  rol  oynayır.  Belə  ki,  o,  yüksək  əmək  qabiliyyəti 
səviyyəsinə  bilavasitə  təsir  göstərməklə  əmək  ehtiyatlarından  səmərəli  istifadə 
olunmasına,  əmək  məhsuldarlığının  yüksəldilməsinə,  ictimai  istehsalın  dinamik 
inkişafına və onun səmərəliliyinin artmasına şərait yaradır. 
Muxtar  Respublikada,  vilayətlərdə,  region  və  inzibati  rayonlarda,  səhiyyə,  bədən 
tərbiyəsi və idman, ictimai təmi
n
at müəssisə və idarələri şəbəkəsi fəaliyyət göstərir, 
vahid  nomenklaturaya  uyğun  olaraq  bütün  səhiyyə  idarələri  dörd  qrupa  ayrılır: 
müalicə-profilaktika  (xəstəxanalar,  dispanserlər,  poliklinikalar,  təcili  tibbi  yardım 
və  qanköcürmə,  ana  və  uşaqların  sağlamlığının  qorunması,  sanatoriya  kurort 
idarələri); sanitar-profilaktika; tibbi-məkhəmə ekspertizaları; aptek idarələri. Tibbi 
xidmətin  ən  kütləvi  növü  olan  ambulator  idarələrində  xəstələrin  80  faizi  müalicə 
olunur.  Uzun  illərin  təcrübəsinə  görə  poliklinikada  həki
m
ə  müraciət  etmiş  40 
xəstədən ya
lnız
 biri xəstəxana müəssisələrində stasionar müalicəyə göndərilir. 
Əhaliyə ambulator-polikli
n
ika xidməti
n
i
n
 əsas həcm göstəricisi 1 ildə əhalinin 
hər nəfərinə düşən, po
li
kli
n
ikalarda hək
iml
ərə müraciətin, məsləhətlərin və onların 
evə çağırılmasımn sayıdır. 
Ambulator-pohklinikalarm  gücü  hə
min
  idarələrin  şəbəkəsinin  inkişafı 
planının göstəricilərinin ölçüsü ki
mi
 çıxış edir. 
Ambulator-po
li
kli
ni
ka idarələri
n
i
n
 gücü dedikdə layihə və ya hesablanmış güc 
başa düşülür. 
Bu  göstəricini  növbədə  600  müraciəti  olan  poliklinikamn  misa-  hnda 
hesablayaq.  Polikli
n
ikada  bir  növbə  ərzində  (6-6,5  saat)  həkimlər  tərəfindən  600 
xəstə  qəbulunu  tə
min
  edilə  bilər,  ffələlik  qüvvədə  olan  normativə  görə  ölkə  üzrə 
gün  ərzində  polikhnikaların  işinin  növbəçihk  normativi  (əmsalı)  1,6  müəyyən 
edilmişdir.  Deməli,  gücu  600  müraciət  olan  polikhnikada  iş  günü  ərzində 
(növbəlilik əmsalı 1,6 olduqda) həki
ml
ər 960 xəstənin müraciətini təmin edər. Poli- 
klinikamn  iUik  buraxıhş  qabihyyətini  müəyyən  etmək  üçün  iş  günü  ərzində 
müraciəti
n
i  polikhnikanm  bir  ildə  iş  günlərinin  miqdarına  vurmaq  lazı
m
dır 
(Səhiyyə Nazirhyi tərəfindən poliklinikaların bir ildə iş günləri
n
i
n
 miqdarı 307 gün 
müəyyənləşdiribb). Beləliklə, poliklinikanın illik gücünün 600x1,6x307=294,7 və 
yaxud  300  min  müraciətə  bərabər  olduğunu  tapırıq.  Ambulator-pohklinika 
idarələrinin  gücünü  araşdırdığımız  şəbəkə  göstəriciləri  əhalinin  tələbatından  asıh 
olaraq  onların  şəbəkəsinin  planlaşdırılması  üçün  yararlı  metoddur.  Əgər 
poliklinikanın  xidmət  etdiyi  rayonda  25  min  nəfər  yaşayırsa,  onda  onun  gücu  il 
ərzində  bir  adamın  həkimlərə  12  müraciəti  təmin  edər.  Am-  bulator-polliklinika 
şəbəkəsinin  inkişafını  planlaşdıran  zaman  növbə  ərzində  bir  müraciətə  düşən  iş 
sahəsi  normativləri  də  nəzərə  alınmalıdır.  Həmin  normativlər  Səhiyyə  Nazirliyi 
tərəfindən təsdiq olunur. 
Əhalinin ambulator-poliklinika xidmətinə tələbatı (həm ümumi, həm də ayrı-
ayrı ixtisaslaşdırılmış tibbi xidmətlər üzrə) aşağıdakı düsturla hesabla
n
ır: 
 


  
                             T=ƏFL 
Əc - plan dövründə əhalinin sayı; 
H - 1 nəfərin il ərzində həkimlərə müraciətinin plan norması. 
Hesablamalar şəhər və kənd əhalisi üzrə ayrılıqda aparılır. 
Strateji  planlaşdırmanın  bütün  səviyyələrində  səhiyyənin  inkişafı  planlarımn 
tərtib  olunmasında  mühüm  mərhələlərdən  biri  stasionar  tibbi  xidmətinin 
planlaşdırılması və xəstəxana idarələri şəbəkələrinin səmərəh yerləşdirihnəsidir. 
Əhahyə  tibbi  xidmətin  göstərilməsinin  təşkilati  formaları,  xəstəxana 
idarələrinin  quruluşu  və  onların  yerləşdirilməsi,  xəstəliyin  xarakter  və 
səviyyəsindən,  əhali
n
i
n
  sayından,  cins  və  yaş  qrupundan,  peşə  tərkibindən  və 
ölkənin ayrı-ayrı rayonlarında yerləşməsi xüsusiyyətlərindən asıhdır. 
Əha
linin
  xəstəxana  xidməti  ilə  təmin  olunması
nın
  təşkilati  formaları  öz 
növbəsində tibbi xidmətin bu növünün həcm və keyfiyyətini müəyyənləşdirir. 
Ko
n
kret  ərazidə  xəstəxanaların,  doğum  evlərinin,  dispanserlərin  və  digər 
stasionar  idarələrin  inkişafımn  planlaşdırıhnasmda  normativlərdən  istifadə  olunur. 
Bu normativlərə daxildir; 

əhahnin 1000 nəfərinə hospitaUaşdırmamn miqdarı; 

1 ildə xəstəxana çarpayılarından istifadəolunma günlərinin miqdarı; 

stasionarlarda xəstələrin müalicəolunma müddəti; 

əhahnin 10 min nəfərinə düşən xəstəxana çarpayılarının miqdarı. 
Əhahnin 1000 nəfərinə qospitallaşdırma miqdarı normativləri bütün ixtisaslar 
üzrə bütövlükdə və ayrı-ayrı tibbi xidmət növləri üzrə müəyyən olunur. 
Əhalinin  statisonar  xidmətə  tələbatımn  müəyyən  edilməsi  üçün  mühüm 
göstəricilərdən  biri  stasionarda  xəstələrin  müahcəolunma  müddəti,  yaxud 
stasionarda xəstənin orta qahna müddəti normativləridir. 
Bu  göstəricinin  həcminə  bir  sıra  amillər  təsir  göstərir:  hospital-  laşdırıhnış 
xəstələrin  tərkibi,  onların  xəstəliyinin  ağırlığı,  hospitallaş-  dırma  müddəti, 
həkimlərin  ixtisas  səviyyəsi,  əhalinin  xəstəxana  çarpayıları  ilə  təmin  olunması, 
xəstələrin  hospitallaşdırmaya  qədər  müayinə  olu
n
masının səviyyəsi və keyfiyyəti, 
xəstəliyin diaqnostikası və s. 
Ayrı-ayrı  ixtisaslar  üzrə  statisonarda  xəstənin  orta  qalma  müddəti 
göstəricisinin  formalaşmasına  təsir  göstərən  amillərin  tədqiqi  və  araşdırılması, 
çarpayı fondundan istifadə olunmasının ehtiyatı mənbələri
n
i
n
 aşkara çıxarıhnasma 
kömək edir. 
Xəstəxana  və  ambulator-poliklinika  idarələrinin  fəaliyyətində  göstərilən 
nöqsanların  aradan  qaldırılması  üçün  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsi 
nəzərdə tutulur: 

poliklinikalar  tərəfindən  stasionar  müalicəyə  göndərilən  xəstələrin  hazırlıq 
keyfiyyətinin yaxşılaşdırılması və hospitallaşdırmaya qədər və sonra poliklinika ilə 
stasionarların qarşılıqlı əlaqələrinin daha dəqiq həyata keçirilməsi

hospitallaşdırma  sisteminin  təkmilləşdirilməsi,  plan  üzrə  xəstələrin 
hospitallaşdırılmasmm  gözləmə  müddətini  ixtisar  etmək  və  onların  stasionarlarda 
həftənin bütün günləri üzrə bərabər daxil olmasının təşkili; 

təyinat üzrə xəstələrin hospitallaşdırılması; 

işlərin daha düzgün təşkili, poliklinikada və stasionarda özünü doğrultmayan 
təkrar müayinələrin aradan qaldırılması hesabına di- aqnostik və cərrahi əməliyyata 
qədər dövrün ixtisarı; 


  

poliklinika  və  stasionarlarda  mütəxəssislərin  məsləhətlərindən  vaxth-
vaxtmda və geniş istifadə edihnəsi

əsas  xəstəliklə  bərabər  yanaşı  xəstəliklərin  vaxth-vaxtmda  müayinə  və 
müalicə olu
n
ması və s. 
Bir  ildə  xəstəxana  çarpayılarından  istifadəolunma  günlərinin  miqdarı 
normativləri  əhalinin  stasionar  xidmətinə  tələbatının  müəyyən  olunması  üçün 
zəruridir. Bu normativlər ayrı-ayrı ixtisaslar üzrə dəqiqləşdirihnəklə şəhər və kənd 
xəstəxana  idarələri  üçün  Səhiyyə  Nazir  İyi  tərəfindən  müəyyən  edilir.  Səhiyyə 
Nazirliyi tərəfindən həmin normativ orta hesabla şəhər stasionarları üçün 340 gün, 
kənd xəstəxanaları üçün - 310 gün müəyyənləşdirilmişdir. 
Bir  ildə  xəstəxana  çarpayılarından  istifadə  günlərinin  miqdar  göstəricisinin 
aşağı ohnası, nəinki əhahyə tibbi stasionar xidmətinin təmin edilməsi səviyyəsinə, 
həm də iqtisadi göstəricilərin zəifləməsinə təsir göstərir. Xəstələrlə təmin ohnayan 
çarpayılara çəkilən xərc təmin olunmuş çarpayılardan cəmi 20-25 faiz azdır. 
Çarpayı fondu çox olan və intensiv istifadə edilən xəstəxanalarda bir çarpayı-
gününun  də  dəyəri  aşağıdır.  Çarpayıların  boşdayanmalarının  ixtisarı, 
xəstəxanaların  qeyri-məhsuldar  xərcləri
n
i
n
  və  onlarda  çarpayı  dəyərinin  aşağı 
ohnasma təsir edir. 
Xəstəxana  çarpayılarından  istifadə  günlərinin  miqdarı  göstəricisini,  bütün 
xəstələrin  çarpayı-günlərinin  miqdarının  müvafiq  orta  illik  çarpayıların  miqdarına 
nisbətilə hesablamaq olar. 
Xəstəxana  idarələrinin  fəahyyətinin  tə
hl
ili  zamanı  "çarpayı  dövriyyəsi" 
göstəricisindən  istifadə  olunur.  Hə
min
  göstərici  il  ərzində  xəstəxana  çarpayılarına 
olan  xəstələrin  miqdarını  xarakterizə  edir.  Bu  göstərici  il  ərzində  daxil  oknuş, 
çıxmış  və  ölmüş  xəstələrin  miqdarının  xəstəxana  çarpayılarımn  orta  illik  sayına 
nisbətilə hesabla

r. 
Əhalinin xəstələnmə səviyyəsi, əhalinin 1000 nəfərinə hospital- laşdırmanın 
miqdarı,  stasionarda  xəstənin  orta  müalicəolunma  müddəti,  bir  ildə  xəstəxana 
çarpayılarından  istifadəolunma  günlərinin  miqdarı  və  bir  sıra  digər  göstəricilər 
(çarpayı dövriyyəsi, şəhər və kənd əhalisi
n
i
n
 sayı, cinsi tərkibi, əhalinin ölümü və 
doğum) üzrə məlumatlar əldə edildikdən soma planlaşdırılan xəstəxana idarələrinə 
tələbatı müəyyən etmək olar. 
Şəhərlərdə,  rayon,  vilayət,  respublikalarda  xəstəxana  şəbəkəsinin  inkişaf 
plam  tərtib  olunarkən  şəhər  əhalisinin,  o  cümlədən,  sənaye,  tikinti  və  nəqliyyat 
işçilərinin hə
mi
n növ tibbi xidmətlə təmin olunması
m
 bilmək lazımdır. 
Kənd  yerlərində  səhiyyə  planı  tərtib  edilərkən  əhalinin  sıxlıqı,  coğrafi 
xüsusiyyətlər,  kənd  təsərrüfatı  istehsalının  spesifikası  və  digər  şərtlərlə  nəzərə 
a
lınm
alıdır. 
Ayrı-ayrı  rayonların,  şəhərlərin,  vilayət,  muxtar  respublikaların  yuxarıda 
qeyd  olunan  xüsusiyyətləri  xəstəxana  şəbəkələrinin  diferen-  sial  inkişaf  planımn 
formalaşmasında  nəzərə  ahmr.  Əhalinin  stasionar  xidmətə  ehtiyacını  müəyyən 
etmək  üçün  əhali
n
i
n
  sayı,  hospital-  laşma  faizi,  çarpayıda  xəstənin  qalması 
günlərinin  orta  miqdarı,  bir  ildə  çarpayılardan  istifadəolunma  günlərinin  orta 
miqdarı göstəricilərindən istifadə edilir. 
Xəstəxana  çarpayılarının  miqdarı  əhaliyə  stasionar  xidmətin  əsas 
göstəricisidir.  Əhalinin  xəstəxana  çarpayılarına  tələbatı  aşağıdakı  qaydada 
hesablanır: 


  
                      
 
 
                                 Ç=K*100 
Əc - planlaşdırılan dövrə əhalinin sayı; 
H - hospitallaşdırma norması (faiz); 
Kx - xəstənin çarpayıdaqalma günlərinin orta miqdarı; 
Kc - il ərzində çarpayılardan istifadəolunma günlərinin miqdarı; 
Göstərilən  qaydada  hesablamanı  həm  bütövlükdə,  həm  də  ayrı-  ayrı 
ixtisaslaşdırılmış tibbi xidmət üzrə stasionarlarda əhahnin xəstəxana çarpayılarına 
olan  tələbatını  müəyyən  etmək  üçün  istifadə  etmək  olar.  Həmin  hesablamada 
əhalinin sayı və çarpayı normativləri 1000 nəfərə barabər götürülür. 
Muxtar  respublika,  vilayət,  region,  rayon,  şəhər,  qəsəbə  üzrə  bütövlükdə 
səhiyyənin  inkişafının  planı  tərtib  edilən  zaman  tibb  işçilərinə  tələbat  aşağıdakı 
iriləşdirilmiş normativlər əsasında hesablanır: 

Əhalinin  10000  nəfərinə  ambulator-poliklinika  xidməti  üçün  həkim 
vəzifələrinin miqdarı; 

Stasionar xidməti üçün 100 xəstəxana çarpayısına düşən həkim vəzifələrinin 
miqdarı; 

Əhalinin  10000  nəfərinə  ambulator-polikli
n
ika  xidməti  üçün  orta  tibb 
heyətinin vəzifələrinin miqdarı; 

Stasionar xidməti üçün 100 xəstəxana çarpayısına düşən həkim vəzifələrinin 
miqdarı; 

Əhalinin  10000  nəfərinə  ambulator-polikli
n
ika  xidməti  üçün  orta  tibb 
heyətinin vəzifələrinin miqdarı; 

Stasionar xidməti üçün 100 xəstəxana çarpayısına düşən orta tibb heyətinin 
vəzifələrinin miqdarı. 

Tibb  işçilərinin  planlaşıdırılmasmda  həkim  vəzifələrinin  miqdarı 
göstəricisinin hesablanması mühüm əhəmiyyət kəsb edir. 

Ambulator-poliklinika  idarələrində  həkim  vəzifələrinin  miqdarı  əsas 
hesablama  göstəricisidir.  Ambulator-polikli
n
ika  idarələrindən  səmərəli 
istifadə, onların gücünün, həkim vəzifələri ştatına və xidmət olunan əhalinin 
sayma uyğunluğundan asıhdır. Buna görə də, həkim vəzifələrinin funksional 
fəaliyyəti (illik, aylıq, gündəlik və bir saatlıq məhsuldarlığı) hesablanmalıdır. 
Həkim  vəzifələrinin  funksional  fəaliyyəti  dedikdə  həkimin  il  ərzində  təmin 
edə biləcəyi xəstələrin qəbulunun miqdarı başa düşülür. 

Həkim  vəzifələrinin  funksional  fəaliyyət  göstəricisi  bir  saat  ərzində 
həkimlərə  müraciətdən,  bir  gündə  ambulator-poliklinika  qəbulunun 
vaxtından və bir ildə iş günlərinin miqdarından asılıdır. Beləliklə, bir həkim 
vəzifəsinə  illik  müraciəti  müəyyən  etmək  üçün  yuxarıda  adları  çəkilən 
göstəriciləri  ardıcıl  olaraq  bir-birinə  vurmaq  lazımdır.  Müxtəlif  ixtisaslı 
həkimlərdə  həmin  göstəricilər  eyni  olmadığı  üçün  onların  vəzifələrinin 
funksional 
fəaliyyəti 
də 
fərqlənir. 
Ambulator-poliklinika 
idarələri 
həkimlərinin  tərkibində  sahə  (can)  həkimlərinin  (terapevt)  və  sahə  uşaq 
həkimlərinin  (pediator)  xüsusi  çəkisi  artırılmışdır.  Bununla  əlaqədar  hal-
hazırda bir sahə terapevti 1,7 mi

yaşlı əhaliyə, bir sahə pediatoru 800 uşağa 
xidmət edir. 


  

Ambulator-poliklinika  və  xəstəxana  stasionarlarında  həkim  heyətinin 
funksional 
fəaliyyəti 
normativləri 
Səhiyyə 
Nazirliyi 
tərəfindən 
müəyyənləşdirilir. 
Qeyd  etmək  lazımdır  ki,  məktəb  və  məktəbəqədər  uşaq  müəssisələrində  xidmət 
göstərən  həkimlər,  ambulatoriya  və  poliklinikaların  köməkçi  kabinetlərində 
(laboratoriya,  rentgen,  fu
n
ksional  diaqnostika  və  s.)  işləyən  həkimlər  ayrıca 
hesablanır. 
Ambulator-poliklinika  idarələrində  həkim  vəzifələrinin  sayını  müəyyən 
edərkən nəzərə almaq lazımdır ki, sənaye müəssisələrində, tikintidə və nəqliyyatda 
işləyənlər  sex-sahə  prinsipi  üzrə  müalicə-  profilaktik  kömək  alırlar.  Tibbi-sanitar 
idarələrində  və  ya  ərazi  poliklinikalarda  sex  sahələrinin  həkim  vəzifələri 
müəyyənləşdirilir.  Sənaye  müəssisələrində  2  min  işçiyə  1  həkim  vəzifəsi;  mədən 
və neft emalı sənayesində 1,5 mi
n
 işçiyə 1 həkim vəzifəsi planlaşdırılır. 
Əhalinin  ayrı-ayrı  yaş  və  ixtisas  kateqoriyalarına  profilaktik  xidmət  üçün 
(körpələr evi və uşaq bağçalarında uşaqlar, məktəblilər, tələbələr, idmançılar və s.) 
həmçinin  əhalinin  sanitar-epidemoloji  xidmət  üçün  həkim  vəzifələrinə  tələbat  da 
normativlər  əsasında  müəyyənləşdirilir.  Məsələn,  əhalinin  25 
min
  nəfərinə  1 
epidemioloq  həkim  vəzifəsi;  25  min  uşağa  -  məktəb  sanitariyası  üzrə  1  həkim; 
şəhər əhalisinin 30 min nəfərinə - ərzaq sanitariyası üzrə 1 sanitar həkim və s. 
Şəhər  və  kənd  əhalisinin  tibbi  xidmətlə  təminolunma  səviyyəsi  nəticə 
etibarilə  əhalinin  müəyyən  sayma  düşən  həkimlərin  miqdarından  asılıdır. 
Səhiyyənin  hansı  istiqamətindən  (müalicə,  diaqnostik,  sanitar-epidemioloji  və  s.) 
asılı  olmayaraq  həkimin  əməyi  xəstəliyin  profilaktikası  və  müalicəsinə 
yönəldilməlidir. 
Normativlər həmçinin səhiyyənin bölmələri, ixtisasların növü və profili üzrə 
də  diferensiallaşdırıhr.  Mütəxəssislərə  tələbatın  müəyyən  edihnəsi  və  onların 
hazırlanmasının  planlaşdırılması  zamanı,  həkimlərə  və  orta  tibb  işçilərinə  olan 
əlavə  tələbat  da  hesablanmalıdır.  Əlavə  tələbatın  hesablanmasında  həmin 
mütəxəssislərin plan dövrünün əvvəlinə miqdarı və plan dövründə ali və orta tibb 
təhsili mütəxəssislərin peşə fəaliyyətinin dayandırılmasıdır. 
Beləliklə, həki
ml
ərə və yaxud orta tibb işçilərinə əlavə tələbat: ah və orta tibb 
təhsilü mütəxəssislərin sayının artunmdan və plan dövründə çıxan mütəxəssislərin 
əvəz olunmasından asıhdır. Öz növbəsində həkimlərə və orta tibb işçilərinə əlavə 
tələbat  əhalinin  art
ımın
dan  və  səhiyyə  idarələri  şəbəkəsinin  genişləndirilməsindən 
birbaşa asılıdır. 
Ayrı-ayrı regionlar üçün  əlavə tələbat hesablandıqda, nəi
n
ki mütəxəssislərin 
təbii ixtisasını, həm də mexaniki hərəkətini də nəzərə almaq lazımdır (bir müalicə 
idarəsindən digərinə keçmək, bir respublikadan digərinə keçməsi və s.), ölkə üzrə 
bütövlükdə mütəxəssislərə əlavə tələbat yalnız təbii ixtisarından asılıdır. 
 
 
 
 
 
 
 


  

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin