8. Hekayət Gördüm
bir
ərəb oğluna hey belə deyir: – Ey oğul, qiyamət günü
səndən soruşacaqlar əməlin nədir, soruşmayacaqlar atan kimdir.
199
Şer
Gəbə örtüyünü öpməyirlər ki,
Onu toxumuşdur bir ipək qurdu.
Bəlkə o, bir əziz kəslə oturub,
Onun şərəfilə möhtərəm oldu.
9. Hekayət Alimlərin yazdığına görə əqrəbin doğumu başqa heyvanların
doğumuna oxşamaz. Əqrəbin balası anasının qarnını deşib bayıra
çıxar. Buna görə onların yuvasından əqrəb qabıqları tapılar.
Bir gün bir hökmdarın yanında həmin məsələ haqqında
danışdım. O dedi:
–Mən də bu sözün doğruluğuna inanıram, şübhəsiz bu cür də
olmalıdır, çünki ancaq kiçiklikdə anası ilə belə rəftar edən,
böyüklükdə belə bir şöhrət tapar və hörmət qazanar.