Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə135/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   131   132   133   134   135   136   137   138   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
 Hikmət. Küçə itlərinin ov itini görməyə gözü olmadığı kimi, 
hünərsizlərin də hünər sahibini görməyə gözləri olmaz, hay-küy 
qoparırlar, lakin qabağa gəlməkdən qorxarlar, yəni rəzil adam 
sənətdə birinə üstün gələ bilmədikdə böhtana başlayıb onun üstə 
düşər. 
 
Beyt 
 
Paxıllar çox qiybət etməyi sevər, 
Susarlar qarşıda dilli görsələr. 
 
 Hikmət. Qarın olmasaydı heç bir quş tora düşməzdi, bəlkə  də 
heç ovçu tor qurmazdı
 
Filosoflar gec-gec yeyər, möminlər doymadan çəkilər, zahid 
qarnı tutunca, gənclər nimçədəki qurtarınca, qocalar tar təgüncə
qələndərlər isə mədədə yer, süfrədə çörək qalınca yeyərlər 
 
Beyt 
 
İki gün qarınqulu yata bilməz sübhəcən
Bir gün dolu mədədən, bir gün də boş mədədən. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin