Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə41/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   37   38   39   40   41   42   43   44   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
6. Hekayət 
 
Bir zahid bir padşaha qonaq idi. «Hökmdarın yanında hörmətim 
artsın» – deyə o, süfrə başında əyləşərkən adətindən az yedi, ibadətə 
başladıqda isə namazı həddən artıq uzatdı
 
Beyt 
 
Kəbəyə çatmazsan ərəb, ayıq ol,  
Türküstan yoludur bu getdiyin yol. 
 
Elə ki, evinə qayıdıb gəldi, yemək istədi. Onun ağıllı bir oğlu var 
idi, atasından soruşdu: 
–Ata, nə üçün hökmdar hüzurunda doyunca yemədin? Zahid 
dedi: 
–Hökmdar hüzurunda karlı bir şey yeyə bilmədim. Oğlu dedi: 
–Elə isə namazını da təzələ, çünki karlı namaz da qıla bilmədin. 
 
Şer 
 
Ey məğrur, ey əli hünər bilməyən.  
Eyiblə, nöqsanla öyünürsən hey... 
Pis günə düşərsən, işin əyəndə,  
Belə qəlp puluna verməzlər bir şey. 
 
7. Hekayət 


 
80
 
Yadımdadır, uşaqlıqda gecələr ibadətlə  məşğul olur, dindarlığa 
maraq göstərirdim. Bir gecə atamla birlikdə səhərə qədər yatmayaraq, 
quran oxuyurduq. Ətrafımızda isə hamı yatmışdı. Atamdan 
soruşdum: 
–Bunların biri də başını qaldırmır ki, heç olmasa iki rükət namaz 
qılsın, onlar elə  qəflət yuxusuna gediblər ki, sanki yatmamışlar, 
ölmüşlər. 
Atam dedi: 
–Ey  əziz oğlum, xalqın qeybətini etməkdənsə, yatsaydın daha 
yaxşı olardı
 
Şer 
 
Müddəi özündən qeyrisin görməz, 
Çünki xudpəsəndlik tutmuş gözünü  
Allahı görməyi bacarsa hər kəs,  
Hamıdan zavallı görər özünü. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin