Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə42/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   38   39   40   41   42   43   44   45   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
8. Hekayət 
 
Böyük adamlardan birini məclisdə  tərifləyir və yaxşı sifət-
lərindən uzun–uzadı danışırdılar. Nəhayət o, başını qaldırıb Dedi: 
– Mən özüm bilirəm ki, mən kiməm. 
 
Beyt 
 
Ey mənə hey tərif deyib incidən,  
Kaş xəbər tutaydın bu batinimdən. 
 
Şer 
 
Bütün aləm mənə baxıb zahirimi xoşlayır.  
Bu natəmiz batinimsə məni edir xəcalət.  
Xalq heyrandır min rəng ilə gəzən tavus quşuna.  
Tavus isə ayağına baxıb çəkir xəcalət. 
 
9. Hekayət 
 
81
 
Ərəb ölkələrində öz kəramətilə şöhrət tapmış bir Livan şeyxi bir 
gün Dəməşq məscidində daş hovuz kənarında dəstəmaz alarkən ayağı 
sürüşüb hovuza düşdü. Çox çətinliklə oradan çıxa bildi. Namaz 
qurtardıqdan sonra əshabələrindən biri dedi: 
–Bir şey mənə qaranlıqdır, icazə versəydiniz soruşardım.  
Dedi: – O nədir? 
Dedi: – Şeyxim, yadımdadır deyirdiniz ki, siz Məğrib dənizinin
48
 
üzərində yeriyir, heç ayağınız da islanmırmış, indi nə oldu ki, siz az 
qala balaca bir hovuzda boğulmuşdunuz? 
Şeyx bir müddət fikrə daldı, sonra başını qaldırıb dedi: 
–Eşitməmisənmi ki, peyğəmbəri–aləm (Məhəmməd) səlləllahi 
əleyh vəsəlləm demişdir: «Mən bəzən allaha o qədər yaxın oluram ki, 
heç mələklər və nəbilər də bizə yaxınlaşmağa cürət etmirlər». Lakin 
o deməmişdir ki, həmişə belə olur. 
Bildiyin kimi, bəzən o Cəbrail və Mikaili
49
 yanına buraxmazdı
bəzən isə Həfsə və Zeynəbi
50
 yanından buraxmazdı
Şeyxlər
51
 demişlər ki, müqəddəs adamların haqqı  dərk etməsi 
zühur ilə qeyb arasındadır. O gan görünər, gan yox olar. 
 
Beyt 
 
İşvəylə üz göstərib, qaçıb uzaq durursan,  
Bazarı qızışdırıb, bizə də od vurursan 
 
Şer 
 
Haçan ki, sevgilim keçir fikrimdən,  
O zaman yolumu itirirəm mən,  
Eşqinin oduyla yandığım zaman,  
Lütfüylə söndürür bu odu haman. 
 
Şer 
 
Birisi, soruşdu qoca Yəqubdan. 
Ey qəlbi nur saçan ağıllı insan. 
Bir köynək iyini duydun Misirdən. 
Kənanda quyunu görmədin nədən
52
 


 
82
Dedi ki, halımız bir kəhkəşandır. 
O gan əyandırsa, gan da nihandır. 
Edərəm gan yüksək səmayə pərvaz. 
Gah öz önümü də görmərəm bir az 
Dərviş qalsa əgər durğun halda bil. 
Hər iki aləmdə o salmaz mənzil. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin