Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə43/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   39   40   41   42   43   44   45   46   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
10. Hekayət 
 
Vaxtilə Bəlbək
53
 məscidində bir dəstə cahil, korafəhim adamlara 
moizə edirdim. Hələ zahiri aləmin bəhsini qurtarıb, batini adəmə 
keçməmişdim ki, taqətdən düşdüyümü hiss etdim; nə  qədər 
danışırdımsa göz yaş odunu yandıra bimədiyi kimi, mənim də 
sözlərim onlara təsir etmirdi. Xülasə, belə heyvanların tərbiyəsi üçün 
çalışdığıma təəssüflənir və sanki korlar məhəlləsində güzgü 
gəzdirirdim. Lakin artıq məna xəzinəsinin qapıları açılmış, söz, 
mirvariləri silsiləsi düzülməyə başlamışdı. «Və  nəhnu  əqrəbu ileyhi 
min həblil vərid»
54
 ayəsini izah edib deyirdim: 
 
Şer 
 
Dost mənə məndən də yaxında ikən.  
Bəs niyə mən onun fərağındayam?!  
Dərdimi mən kimə, necə söyləyim.  
Ki yar yanımda, mən sorağındayam 
 
Mən bu sözün badəsi ilə məst olub sanki axırıncı qədəhi əlimdə 
tutmuşdum ki, bu zaman kənardan gecənlərdən biri son sözümün 
təsirindən elə bir nərə  çəkdi ki, bütün məclis cuşə  gəldi, elə bil 
yatmışlar huşə  gəldi. Öz–özümə dedim: Aman allah! Necə oldu ki, 
uzaqdakı gözüaçıqlar yaxınlaşdı, yaxındakı korlar isə uzaqlaşdılar. 
 
Şer 
 
Sözü əgər anlamırsa dinləyən,  
Söz deyənin təbi artmaz dünyada.  
Acıq, geniş, təmiz bir meydan gərək.  
Ta natiq də at çapa, top oynada. 
 
83
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin