Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə51/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   47   48   49   50   51   52   53   54   ...   162
Sədi Şirazi Gülüstan Bustan

 
22. Hekayət 
 
Bir padşahın ömrü sona çatırdı, lakin taxtında  əyləşəcək varisi 
yox idi. Vəsiyyət etdi ki, səhər tezdən  şəhər darvazasından kim ilk 
daxil olsa, şahlıq tacını onun başına qoyub, ölkənin işlərini ona 
tapşırsınlar. Təsadüfən darvazadan ilk girən bir dilənçi oldu. O, bütün 
ömrünü tikə–tikə çörək yığmaq, cındır paltarına yamaq üstündən 
yamaq vurmaqla keçirmişdi. Dövlət xadimləri və ölkənin mötəbər 
adamları şahın vəsiyyətini yerinə yetirdilər. Qala və xəzinənin bütün 
açarlarını dilənçiyə verdilər və o bir necə müddət padşahlıq etdi. 
Necə deyərlər: loğmaya həsrət qalan, halva yedi bol, kalan. 


 
92
Lakin çox çəkmədi ki, dövlət xadimlərindən bir neçəsi ona itaət 
etməkdən boyun qaçırdılar, qonşu hökmdarlar isə düşmənçiliyə 
başlayıb, hər tərəfdən ölkənin üstünə qoşun çəkdilər. Nəhayət 
camaatla qoşun birləşib üsyan etdi. Ölkənin bəzi şəhfrləri hökmdarı
əlindən getdi. 
Bu hadisələr yeni padişahı  həddən artıq kədərləndirdi. Elə bu 
zaman keçmiş dilənçilik dövrü yoldaşlarından biri səfərdən qayıtdı
dostunun çox yüksək bir mərtəbəyə çatdığını görcək dedi:  
-  Şükür olsun allahın izzət və çalalına ki, nəhayət sənin qızı
külün tikandan xilas oldu, yoxsulluq tikanı isə ayağından çıxdı
Yüksək taleyin, böyük səadətin yar olub, səni belə bir mənsəbə 
çatdırdı. Deməli, bütün çətinlik və  əziyyətin axırda belə rahatlıq və 
asudəliyi də varmış. 
 
Beyt 
 
Çiçək gah açıqdır, kah da pünhandır,  
Ağac gah keyimli, kah da üryandır. 
 
–Ey əziz dostum. sən gördüyün günlər çörəyin dərdini çəkir, indi 
isə dünyanın qəmini yeməli oluram. 
 
Şer 
 
Var–dövlət olmasa dərd çəkər insan,  
Olanda, rahatlıq yox olur ondan.  
Xülasə, belədir bu qoca dünya  
Əzabdır olsa da, ya olmasa da. 
 
Şer 
 
Dövlətli olmağı istəsən bil ki, 
Ancaq qənaətdir səfalı dövlət. 
Dövlətli pul töksə ətəyinə, sən, 
Onun səvabından götürmə minnət. 
Atalar söyləmiş:Yoxsulun səbri 
Varlı bəxşişindən yaxşıdır əlbət! 
 
 
93
Beyt 
 
Bəhram
61
 əgər gur ovlayıb görünsə də qəhrəman 
O, zəifdir bir çəgirtkə sürüyən qarıncadan. 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin