Bir şəxsin dövlət xadimləri içərisində bir dostu var idi, çoxdan
bəri onunla görüşə bilmirdi. Birisi soruşdu:
–Çoxdandır dostunla görüşmürsən?
Dedi:
–Görüşmək arzusunda da deyiləm.
Təsadüfən dostunun yaxın adamlarından biri orada idi, bu sözü
eşitcək soruşdu:
–Dostunun günahı nədir ki, onunla görüşməyi arzulamırsan?
Dedi:
–Dostumun günahı yoxdr, lakin dövlət xadiminin yalnız
vəzifədən azad edildikdən sonra görmək olar. Mən isə öz rahatlığım
üçün onun vəziyyətə düşməsinə razı deyiləm.
Qitə
Böyüyər, qarışar başım işlərə,
Çıxar xatirinən dostlar, tanışlar.
Elə ki, rütbədən salınar yerə,
Gələr dosta açar nə ki dərdi var.
24. Hekayət
Nağıl edirlər ki, bir abid hər axşam 10 batman ağırlığında xörək
yeyib səhərə qədər Quran oxuyarmış. Böyüklərdən biri bunu eşidib
demişdir:
–Gündə yarım çörək yeyib yatsa idi, ariflərin nəzərində daha
yaxşı olardı.
Şer
Qarnını doldurma yeməklə ta ki,
Özündə görəsən mərifət nuru.
Başın boşdur, çünki doludur qarnın,
Qarnı dolmuşların olmaz şüuru.