Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə50/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   46   47   48   49   50   51   52   53   ...   162
Sədi Şirazi Gülüstan Bustan

21. Hekayət 
 
91
 
Vaxtilə hicaz səfərinə  çıxıxmışdım. Arif cavanlardan neçəsi də 
mənimlə idilər. Onlar bəzən astadan zümzümə edib, hikmətamiz 
şerlər oxuyurdular. 
Dərvişlərdən xoşu gəlməyən, onların mənəvi aləmlərindən 
xəbərdar olmayan və hənəfi
59
 məsləkinə mənsub bir zahid də bizimlə 
həmsəfər idi. Bəni–hilal
60
 tayfasına çatdıqda bir qarasifət ərəb uşağı 
rastımıza gəldi. O elə bir avazla oxudu ki, uçan quşlar göydən yerə 
endilər. Birdən gördüm zahidin dəvəsi də oynamağa başladı. Zahidi 
yerə vurub biyabana doğru baş aldı. Zahidə dedim:  
– Ey şeyx, bu necə  işdir ki, xanəndənin səsi heyvanı oyadır, 
lakin səndə heç bir təsir oyatmır? 
 
Şer 
 
Heç bildin nə dedi səhər bülbülü?! 
Dedi: «Ey eşqdən xəbərsiz insan,  
Dəvə də rəqs edir ərəb şerilə,  
Sənin zövqün yoxsa, pissən heyvandan». 
 
Şer 
 
Onun zikrində hər bir şey gəlir vəcdə, edir tüğyan 
Bunu dərk eyləyər ancaq ürəklə dinləyən insan 
Güman etmə gülə bülbül oxur nəğmə, olub mayil,  
Onun tərifinə bax ki, tikanlar da açıbdır dil. 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin