Microsoft Word Sadi Gulustan doc



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə49/162
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#39351
1   ...   45   46   47   48   49   50   51   52   ...   162
Sədi Şirazi Gülüstan Bustan

Hikmət. Loğmandan soruşdular:  
– Ədəbi kimdən öyrəndin
–Ədəbsizlərdən. Onlarda gördüyüm xoşuma gəlməyən hərəkət-
ləri təkrar etmədim. 
 
Zarafatyana da deyilsə bir söz,  
ıllı o sözdən götürər ibrət. 
Əkər anlamaza yüz hikmət desən,  
Oyüncaq görünər ona bu hikmət. 
 
20. Hekayət 
 
Yadımdadır, bir dəfə bütün gecəni karvanla yol getmiş, səhərə 
yaxın bir meşənin kənarında yatmışdıq. Bir dəli aşiq də bizimlə idi. 
Birdən nərə  çəkib yerindən qalxdı. baş götürüb səhraya qaçdı
səhərə qədər bir an da belə aram olmadı. Gündüz ondan soruşdum: –
O nə hal idi? 
Cavab verdi: – Gördüm ağacdakı bülbüllər naləyə gəlmiş, dağ-
dakı kəkliklər, göldəki qurbağalar, meşədəki heyvanlar səs–səsə ver-
mişlər. Dedim insafdan deyil ki, hamı vird edib, zikr oxusun, məni 
isə qəflət yuxusu aparsın. 
 
Şer 
 
Dünən sübhə yaxın inlərdi bir quş
Naləsi alırdı məndən əql, huş. 
Səmimi dostlardan birisi demə – 
Mənim halətimdə xəbərdar olmuş. 
Demiş ki, heç güman etməzdim buna, 
Səni bir quş səsi eyləsin mədhuş. 
Dedim ki, adamlıq şərti deyildir, 
Quş razü niyazda, mən isə xamüş 
 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin