17
qalırdı.
Ehtimal ki, XVIII sülalənin fironları ilə müharibələr olmasaydı, Mitanni öz qüdrətinin ən yüksək
zirvəsində dayanardı. I Tutmosun şahlığından başlayaraq, Misir fironları Suriya və Fələstinə işğalçı yürüşlər
təşkil edir, lakin hər dəfə də Mitanni ordusunun müqavimətinə rast gəlirdilər. Bu müharibə Mitanni şahı I
Artadamanın dövründə, Misir və Mitanninin dostlaşmasından sonra başa çatdı və bu
sülh firon IV Tutmosun
Mitanni şahzadəsi ilə nikahına əsasən möhkəmləndi. Mitanni şahı Tuşrattanın IV Amenxotepə məktubunda
deyilir:
«III Amenxotepin atası IV Tutmos, mənim babam Aptadamaya məktub yazdı və onun qızı atamın (II
Şüttarna) bacısını istədi. Beş-altı dəfə məktub yazdı, amma o, qızını vermədi. Yeddinci dəfə məktub yazandan
sonra o, (Artadama ) qızını verdi».
Bu hadisələr Mitanni və Misirin Şərqi Aralıq dənizi hövzəsi ərazisi uğrunda illərlə davam edən
mübahisəsinə son qoydu. Ərazi bu iki dövlətin nüfuz dairələrinə bölünür. Şimal hissəsi Mitanninin, cənub
hissəsi isə Misirin nüfuz dairəsinə daxil olur. Qeyd etmək lazımdır ki, III Amenxotep Mitanni şahı II Şuttarnaşm
qızı Kelu-Xəbəyə evləndikdən sonra Misir və Mitanninin siyasi əlaqələri daha da möhkəmləndi.
Mitanni dövlətinin Xet şahı I Suppiliuma ilə müharibəsi dövründə Mitanni şahı Tuşiratta Misir fironuna
birinci məktubunu yazır: «Misir şahına , qardaşıma sənin qardaşından, mən sağ-salamatam. Sənə, bacım Kellu-
Xebeyə,
sənin evinə, sənin arvadlarına, oğullarına, əyanlarına, orduna, atlarına, döyüş arabalarına və ölkənə
əmin-amanlıq arzulayıram.
Sən mənim atamla yaxşı münasibətdə olmusan. Mənim atam səni sevirdi, sən də mənim atamı. Buna
görə də o, mənim bacımı sənə verdi. Kim mənim atamla belə yaxın olub? Bütün Het düşmən kimi mənim
ölkəmə hücum etdi. Mən onları darmadağın etdim. Onlardan heç biri öz ölkəsinə qayıtmadı.
Mən sənə döyüş arabası iki at, Het hərbi qənimətindən I oğlan və I qız göndərmişəm. Qardaşıma isə
hədiyyə olaraq 5 döyüş arabası və 5 qoşqu atı göndərmişəm. Bacım Kelu Xebeyə hədiyyə olaraq bir cüt qızıl
boyunbağı, bir cüt qızıl sırğa və ətriyyatla dolu daş qab göndərmişəm. Səfir kimi Kelsiyə və Tunibivrini
göndərmişəm. Qoy qardaşım onları tez buraxsın ki, qardaşımın salammı eşidim və fərəhlənim. Qoy qardaşım
mənimlə dostluğu möhkəmlən-dirsin və öz səfirlərini yanıma göndərsin ki, onlar mənə qardaşımdan salam
gətirsinlər və mən bunu eşidim.»
Ell-Amarndakı məktubdan məlum olur ki, III Aminxotep öz səfirini Mitanniyə göndərmiş və
Turşattanın qızı Tadu-xebanı istəmişdir.
Turşatta fironunun xahişi ilə cavab olaraq yazmışdı: «böyük şaha, Misir şahına, mənim qardaşıma.
Turşatta,
böyük şah, Mitanni şahı, sənin qardaşın. Mənim qardaşım səfiri Maneni mənim yanıma göndərdi.
Dedi: Qoy qardaşım öz qızını mənə arvad olmaq üçün göndərsin və o, Misirin xanımı olsun. Mən qardaşımın
ürəyini kədərləndirmədim və dedim: «Mən razıyam.» qardaşım istədiyi kimi mən onu Maneyə göstərdim, Mane
onu görən kimi çox xoşhal oldu».
Misir səfirləri bir neçə dəfə hədiyyələrlə Mitanni sarayına gəldilər. Nəhayət, Turşatta məmnun oldu və
qızını çox böyük cehizlə Misirə göndərdi. Cehiz əsasən qızıl - bəzək əşyalarından, bürünc, parça - paltar,
ətriyyat yağı, döyüş arabaları, atlar, qullar, lazurit, və müxtəlif növ qiymətli daşlardan ibarət idi. Nigah III
Aminxotepin hakimiyyətinin 35 və ya 36-cı ili oldu.
Misir taxt-tacına IV Aminxotep sahib olandan sonra Turşatta hədiyyə olaraq
ona qiymətli əşyalar
göndərdi və xatırlatdı ki, o, Mütaniyə hələ III Aminxotepin onun üçün hazırladığı iki qızıl heykəlciyi
göndərməlidir. III Aminxotep Mitanniyə az miqdarda hədiyyə göndərdi və hətta qızıl heykəlciklərin yerinə
ağacdan düzəldilmiş və üzərinə qızıl çəkilmiş heykəlciklər göndərdi.
Tell-Amarna yazışmalanndan məlum olur ki, III Aminxotepə ərə getmiş Mitanni şahzadəsi Tadu- Xeba,
sonra onun oğlu III Aminxotepin arvadı oldu.
III Aminxotepin və IV Aminxotepin sarayının təsviri göstərir ki, bütün hərəmxana qadınları baş
hərəmin xidmətçiləri idilər.
Güman ki, firon ayrı-ayrı vaxtlarda məlikənin xidmətçiləri, o cümlədən əcnəbi
şahzadə xanımlarla birgə yaşamaq hüququndan istifadə edirdi. Bu şahzadə xanımlar sarayda, atalarının Misirə
lazım olan siyasi istiqamətlərdə fəaliyyətini təmin etmək üçün girov kimi saxlanılırdılar və faktik olaraq
fironunun arvadları deyildilər.
Yeni firon sələfinin bütün saray heyətinin, həmçinin aralarında Tadu-Xeba olan
mərkənin əsil-nəcabətli
xidmətçilərinin varisi oldu. Turşatta onu yenə də yeni fironun «arvadı» hesab edirdi, amma Misir
mənbələrindən məlumdur ki, I Aminxotepin bir baş arvadı (Nefertiti) və bir rəsmi kənizi (Kiya) olmuşdur. Bu
Misirlə Mitaninin əlaqələrinin nə qədər birtərəfli olduğunu göstərir, hərçənd ki, Tuşrattanın məktublarına əsasən
belə bir
nəticəyə gəlmək olar ki, bu dövlətlər bərabərhüquqlu olmuşlar.
Dostları ilə paylaş: